AŞ PA sədri mövqeyini bir daha təsdiqlədi

2008-07-07 18:42

AŞ PA sədri mövqeyini bir daha təsdiqlədi "Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə sülh yolu ilə həllini təkid edir" "Qarşıdakı prezident seçkiləri Azərbaycanın demokratiyaya sadiqliyini nümayiş etdir

Gunaz.tv Quote | Gunaz article

AŞ PA sədri mövqeyini bir daha təsdiqlədi "Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə sülh yolu ilə həllini təkid edir" "Qarşıdakı prezident seçkiləri Azərbaycanın demokratiyaya sadiqliyini nümayiş etdirməlidir". Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puçun iyulun 1-3-də Azərbaycana səfəri ilə bağlı qurumun internet saytında yerləşdirilmiş məlumat bu başlıq altında verilib. Məlumatda bildirilir ki, Azərbaycanda rəsmi səfərdə olmuş Luis Maria de Puç ölkəmizdə keçiriləcək prezident seçkilərinin demokratik islahatlar sahəsində Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini nümayiş etdirəcəyinə əminlik bəslədiyini bəyan edib. "XC" AŞPA sədri Azərbaycanın yüksək rəsmilərinin - ölkə prezidentinin, Milli Məclis sədrinin və baş nazirin respublikamızın Avropa dəyərlərinə və ölkənin demokratikləşməsinə hörmətlə yanaşmalarını, demokratik islahatların Avropa Şurası standartlarına uyğun inkişaf etdirmək barədəki bəyanatlarını yüksək qiymətləndirdiyini vurğulayıb. Puç ölkə rəsmilərinin bu bəyənatlarının Azərbaycanda qaşıdakı prezident seçkilərinin azad və demokratik keçiriləcəyinin onda əminlik yaratdığını bildirib. AŞPA sədri seçki prosesi ilə əlaqədar qurum tərəfindən irəli sürülmüş tövsiyələrə seçkilərdən əvvəl əməl ediləcəyinə əmin olduğunu qeyd edib. Luis Maria de Puç söz və mətbuat azadlığını özünün əsas prioritetlərindən biri hesab edən Avropa Şurasının bütün üzv dövlətlərdə jurnalistlərin sərbəst fəaliyyəti üçün şərait yaradılmasını zəruru hesab etdiyini vurğulayıb. AŞ PA sədri səfəri zamanı Avropa Şurasının Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə sülh yolu ilə həllini təkid etdiyini diqqətə çatdırıb. Luis Maria de Puç münaqişənin nəinki Azərbaycanın demokratik inkişafına, habelə bütün regionda demokratik və iqtisadi inkişafa ciddi təsir göstərməkdə davam etdiyindən narahatlıq keçirdiyini xüsusi vurğulayıb. xalqcebhesi
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20