Asimilasyon siyasəti daha da güclənir: Qeyri-fars uşaqlar üçün 4 yaşından məcburi olaraq fars dili tədris olunacaq

23.04.2019, 15:35

GünAz TV: İranın təhsil nazirinin müavini qeyri-fars bölgələrində iqtisadi və mədəni imkanların az olduğunu etiraf edərək bu məntəqələrdə uşaqlara 4 yaşından məcburi olaraq fars dilinin tədris olunacağını bildirib.

 

Bu barədə təhsil nazirinin ibtidai təhsil üzrə müavini xanım Rizvan Həkimzadə “Mehr” xəbər agentliyinə danışıb.

 

Birinci sinfə daxil olan qeyri-fars uşaqların “fars dilində söhbətləri anlamaqda problem yaşadıqlarına” diqqət çəkən Rizvan Həkimzadə bunu ana dilində təhsil almamaqla deyil, fars dilini bilməməklə əlaqələndirib.

“Qeyri-fars bölgələrdəki təhsil uğursuzluğu uşaqların daha az zəkalı olduqlarından deyil, bu onların dili  anlamadıqları ilə bağldır. Hətta onların bəziləri bu səbəbdən məktəbi tərk edir. Əgər uşaqların məktəbi buraxmasını istəmirik, onların uğur qazanmasını istəyiriksə, o zaman bunun üçün tədbir alınmalıdır. Ona görə də gələcək təhsil ilindən etibarən yoxsul qeyri-fars bölgələrdə uşaqları iki il öncədən, yəni 4 yaşlarında məktəbəqədər proqramlara göndərmək qərarına gəldik.”-deyə o bildirib.

 

Nazir müavini imkansız qeyri-fars bölgələrində yaşanan bəzi problemləri etiraf edib. O bildirib ki, bu bölgələrdə ailələrin iqtisadi və mədəni imkanları olduqca məhduddur. Həmin məntəqələrdə bəzi uşaqlar məktəbə qədər əlinə bir dəfə də kitab almayıb. Onların film seyr etmək, kinoteatra getmək və s. kimi mədəni təcrübələri də olmaya bilər. Ona görə də onlar birinci sinifə gedəndə digər şagirdlərlə bərabər şəraitdə olmur. İkidilli bölgələrdə ən azı uşaqlar fars dilini anlamaqda çox çətinlik çəkir. Biz birinci sinifdən əvvəl bu uşaqları hazırlamasaq, bu onların təhsildə uğur qazanmasını təhlükə ilə üz-üzə qoymaq deməkdir.

 

Təhsil Nazirliyinin rəsmisi büdcə və maddi imkanların məhdud olduğuna diqqət çəkərək, proqramın indilik yoxsul bölgələrdə həyata keçiriləcəyini açıqlayıb.

 

Rizvan Həkimzadə bu istiqamətdə “qanuni dəyişikliklərin” həyata keçirilməsinin zəruri olduğunu qeyd edib.

 

Yeni proqramın türklər və digər qeyri-fars millətlərinə qarşı asimilasyon prosesini sürətləndirmək istiqamətində həyata keçirilməsi kimsədə şübhə doğurmur.

 

Ötən il iyul ayında İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır. Nazirin irqçi açıqlaması Azərbaycan türklərinin müxtəlif formalarda etirazına səbəb olmuşdur.

2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmidrza Hacıbabayi isə ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını açıqlamışdır.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01

gun az article

BMT nüvə silahından istifadə riski ilə bağlı həyəcan təbili çalır

2023-04-01

gun az article

Xankəndi-Laçın yolu: ekofəallar 111 gündür dəyişməz tələblərini irəli sürürlər

2023-04-01

gun az article

İranda bəluçlar etiraz aksiyası keçiriblər

2023-04-01

gun az article

Ümumdünya Terrorla Mübarizə Assosiasiyası İranı müzakirə etdi

2023-04-01

gun az article

Agentlikdə “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı tədbir keçirilib

2023-03-31

gun az article

Suriyada SEPAH zabiti öldürüldü

2023-03-31