SON XƏBƏRLƏR

Aşıq Musiqisi Festivalı vəsaitin olmaması ucbatından keçirilmir - Qərbi Azərbaycanda

2021.10.20, 07:36
Aşıq Musiqisi Festivalı vəsaitin olmaması ucbatından  keçirilmir - Qərbi Azərbaycanda

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanda nəzərdə tutulan 3-cü Aşıq Musiqisi Festivalı vəsaitin olmaması ucbatından keçirilmir.

 

Bu barədə Qərbi Azərbaycan İncəsənət Mərkəzinin Aşıqlar Bölümü üzrə məsulu Daryuş Əlizadə iyulun 23-də “İrna” xəbər agentliyinə danışıb.

 

“3-cü Aşıq Musiqisi Festivalının keçirilməsi bölgə aşıqlarının əsas tələblərindən biridir. Festivalın proqramları da aylar öncə hazırlanıb, lakin bunun üçün 100 milyon rial vəsaitə ehtiyac var. Təəssüflər olsun ki, Qərbi Azərbaycan İncəsənət Mərkəzi bu vəsaitin təmini işinin öhdəsindən təkbaşına gələ bilmir. Festival yalnız mədəni sahədə fəaliyyət göstərən qurumların əməkdaşlığı ilə keçirilə bilər, lakin belə bir əməkdaşlıq yoxdur. Urmiyənin Aşıq Məktəbi ölkənin qeyri-maddi mədəni irs siyahısında qeydə alındığı halda, əyalətin mədəniyyət üzrə məsulları ona laqeyd münasibət bəsləyir”- deyə o bildirib.

 

Daryuş Əlizadə əlavə edib ki, “festivalın keçirilməsi üçün cəhdlər davam edəcək. Müsbət nəticə əldə olunacağı təqdirdə festivala bölgə aşıqları ilə yanaşı qonşu ölkələrdən də sənətkarlar dəvət olunacaq. Şübhəsiz ki, məqsəd bölgədə aşıq sənətini inkişaf etdirmək və saz-söz adamlarını daha ciddi fəaliyyət göstərməyə təşviq etməkdir.”

 

Türk dünyasında “aşıq”, “ozan”, “bamsı” və “baxşı” adı ilə tanınan saz-söz adamları türk millətinin qədim mədəniyyəti və ənənələrinin qorunub saxlanılmasında hər zaman böyük rol oynayıblar. İran rejiminin aşıq musiqisinə olan düşəmçiliyi onların Azərbaycan və türklərin milli kimliyinə verdikləri böyük töhfə ilə bağlıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar