SON XƏBƏRLƏR

Astarada 44 yaşlı fəhlə intihara cəhd edib

2021.10.20, 07:36
Astarada 44 yaşlı fəhlə intihara cəhd edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın şəhər və kəndlərində intihar hadisələrinin ardı-arası kəsilmir.

 

Bu dəfə 44 yaşlı bir fəhlənin Astara şəhərində intihara cəhd göstərdiyi bildirilir.

 

“İlna” xəbər agentliyinin yaydığı məlumata görə, Astarada inşaat işlərində çalışan bir fəhlə hündürmərtəbəli binanın 4-cü mərtəbəsinə qalxaraq özünü yerə atmaq istəyib.

 

Astara Polis İdarəsinin rəisi Məhəmməd Namazinin verdiyi məlumata görə, hadisə yerinə gələn polis və psixoloqun səyi nəticəsində sözügedən şəxsi intihar fikirindən daşındırmaq mümkün olub.

 

Polis rəisinin sözlərinə görə, intihara cəhd edən şəxs işlədiyi özəl şirkətin sahibi ilə arasında olan ixtilafa görə öz canına qəsd etmək istəyib.

 

Qeyd edək ki, Astara Güney Azərbaycan şəhərlərindən biridir. Bu şəhər İran rejiminin məkrli siyasəti nəticəsində Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi hələ də Azərbaycan türklərindən ibarətdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar