SON XƏBƏRLƏR

Astaralı soydaşımız: “Astara Azərbaycanın ayrılmaz hissəsidir” – VİDEO

2021.10.20, 07:36
Astaralı soydaşımız: “Astara Azərbaycanın ayrılmaz hissəsidir” – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilana ilhaq edilməsi ilə bağlı cəhdlərə qarşı etirazlar durmadan genişlənir.

 

Bu dəfə astaralı soydaşımız, milli-mədəni fəal Həmid Nəbizadə Xəzər dənizi sahilində bir video çəkdirərək Astaranı Azərbaycanın ayrılmaz hissəsi olduğunu Gilan rəhbərliyinin diqqətinə çatdırıb və Azərbaycana qarşı irəli sürülən ərazi iddialarını sərt şəkildə qınayıb.

 

“Mən bir astaralı kimi elan edirəm ki, “hər kəs öz ata-baba torpağının qarşısında məsuliyyət daşıyır. Bu ərazinin öz sahibi var. Əgər lazım gəlsə onun kimin tərəfindən qorunmasını və kimə aid olduğunu sübut edərik. Heyran hara, Gilan hara?! Tarixi oxusanız bilərsiniz ki, Heyran Azərbaycanındır”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Azərbaycanlı fəal sözlərinin davamında vurğulayıb ki, “problemlərimiz daha çox böyümədən ayağa qalxmalıyıq. Görün Astara şəhərinin Gömrükü, xəstəxanası, Bələdiyyə İdarəsi, Su və Kanalizasiya İdarəsi və s. nə vəziyyətdədir?! Yayda insanlar içməyə belə su tapmır! Gilan Astaranı düşünmür, bu bölgə öz vətəni olan Azərbaycana ilhaq edilməlidir.  Ona görə ki, bizim mədəniyyət, kimlik və tariximiz Azərbaycandandır.”

 

Azərbaycanlı fəalın sözlərini və oxuduğu şeiri olduğu kimi dinləmək üçün aşağıdakı videonu izləyə bilərsiniz.

 

https://www.youtube.com/watch?v=lpxlMzLsxGU

 

 

Xatırladaq ki, son günlərdə Ərdəbilin “Heyran gədiyi” ərazisini Gilan Əyalətinə birləşdirməklə bağlı Gilan rəhbərliyinin irəli sürdüyü əsassız iddialar azərbaycanlıların geniş etirazına səbəb olub. Bir çox soydaşımız, o cümlədən Astara əhalisi isə vaxtı ilə Ərdəbil bölgəsi və Şərqi Azərbaycan Əyalətində yerləşən Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb edir. Təəssüflər olsun ki, etirazçılar arasında Tehran rejiminin tapşırığı ilə hərəkət edən yerli məsullar, o cümlədən millət vəkilləri təxminən gözə dəymir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar