SON XƏBƏRLƏR

Castin Trüdo və Bil Klinton İran etirazçılarına dəstək veriblər

2022.09.23, 06:25
Castin Trüdo və Bil Klinton İran etirazçılarına dəstək veriblər

Gunaz.tv

"Kanada öz fikirlərini ifadə edən və dinc şəkildə etiraz edən insanları qətiyyətlə dəstəkləyir.

Biz İran hökumətini ifadə azadlığını boğmağı dayandırmağa və qadınlara qarşı davam edən təqib və diskriminasiyaya son qoymağa çağırırıq"-deyə, Kanadanın baş naziri bldirib.

Bununla yanaşı Amerikanın keçmiş prezidenti Bil Klinton da özünün sosial media hesabında paylaşım edərək İranda qadınların hüquqlarının pozulmasına qarşı etiraz aksiyalarını dəstəklədiyini deyib.

"Mən Məhsa Əmininin öldürülməsini pisləyirəm və qərəzsiz araşdırma çağırışlarına qoşuluram.

Mən İran xalqını dəstəkləyirəm, çünki onlar hesabat tələb edir və qadınların fundamental hüquqlarını müdafiə etmək üçün təhlükəsizlik qüvvələrinin zorakılığına etiraz edirlər"-deyə, Klinton özünün tviter hesabında etdiyi paylaşımda yazıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar