SON XƏBƏRLƏR

Aştiyaninin edam hökmü icra olunacaq

2021.10.20, 07:36
Aştiyaninin edam hökmü icra olunacaq

Gunaz.tv

GünAzTv: Edamlara və Daşqalağa Qarşı Beynəlxalq Komitə İranda ölüm hökmünə məhkum edilmiş təbrizli qadın Səkinə Məhəmmədi Aştiyaninin bu həftə edam edilə biləcəyindən narahatlığını bildirib.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  məlumatına görə, komitənin bununla bağlı bəyanatında deyilir ki, Tehranın məhkəmə orqanları Aştiyaninin saxlandığı Təbriz zindanının rəhbərliyinə edam hökmünü bu həftə yerinə yetirməyi tapşırıb.

Səkinə Məhəmmədi Aştiyani 5 ildir həbsdədir. O, zinaya görə daşqalaq yolu ilə edama məhkum olunub, sonradan ərinin qətlində iştirakda da günahlandırılıb.Edamlara və Daşqalağa Qarşı Beynəlxalq Komitəyə Avropada mühacirətdə yaşayan iranlı hüquq müdafiəçisi Mina Əhədi rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar