SON XƏBƏRLƏR

ATƏT-in növbəti "qızıl imkanı"

2021.10.20, 07:36
ATƏT-in növbəti "qızıl imkanı"

Gunaz.tv
ATƏT-in növbəti "qızıl imkanı" lenmarker.jpg "Lenmarkerin bəyanatı rəsmi İrəvana Qarabağ probleminin həllində real addımlar atması üçün mesajdır" Bazar günü Astanada ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın "qızıl imkanları" var: "İndi münaqişəni həlli üçün "qızıl imkan" yaranıb və həmin qərarın tapılması üçün də yaxşı zamandır". Ekspertlərin fikrincə, ATƏT rəsmisinin PA-nın 17-ci sessiyasında çıxışı zamanı verdiyi bəyanatın bir sıra maraqlı tərəfləri var. Bunlardan biri də "qızıl imkaların" yaranmasının vurğulanmasıdır. Siyasi şərhçi Aydın Quliyev Lenmarkerin bəyanatının son iki ildə ATƏT rəhbərlərinin müxtəlif formalarda səsləndirdiyi bəyanatların davamı olduğunu bildirdi. Tural "Yəni hər dəfə Ermənistan və Azərbaycanda yeni bir situasiya yarananda, bunu Qarabağ probleminin həllində yeni imkanların açılmasının başlanğıcı kimi dəyərləndirirlər. Belə bəyanatlar ATƏT-in Minsk qrupunun, digər strukturlarının rəhbərlərinin münaqişənin həllində maraqlı olduqlarını göstərmək cəhdidir. Çünki ATƏT-də çox yaxşı anlayırlar ki, enerji daşıyıcılarının müxtəlif variantlarda nəqlinin təmin olunması, Avropanın təhlükəsizliyi üçün çox böyük əhəmiyyətə malikdir. Bu məsələdə də əsas tranzit və mənbələrdən biri Cənubi Qafqaz, o cümlədən də Azərbaycandır". Aydın Quliyev Qarabağ probleminin həllinin uzanmasının Qafqazın, Avropanın enerji təhlükəsizliyinə ciddi problemlər yaradacağını ATƏT-də anladıqlarını vurğuladı: "Ona görə də belə bəyanatlar ATƏT rəhbərliyinin həqiqətən Qarabağ probleminin həllində maraqlı olduğunun nümayişi sayılmalıdır. İkincisi, bu bəyanatla bağlı çox eyforiyaya qapılmaq olmaz. Hələ çox böyük gözləntilərin eşqinə düşməyə ehtiyac yoxdur. Belə bəyanatlar Qarabağ probleminin həllində real imkanların yarandığının işarəsidir ki, tezliklə nə isə baş verəcək. Görək, bu çağırışa Ermənistan necə reaksiya verəcək. Amma bir məsələni xüsusi vurğulamaq istərdim. Ermənistanda martın 1-də baş verən çox gərgin, qanlı hadisələrdən sonra Qoran Lenmarkerin və başqalarının bəyanatları işğalçı ölkənin rəhbərliyinə mesajdır. Ermənistanın yeni rəhbərliyinə anladılmağa çalışılır ki, Qarabağ probleminin həllində məhz rəsmi İrəvandan asılı olan imkanlar yaranıb. İşğalçı ölkənin rəhbərləri saxtalaşdırılmış seçkilərdən sonra həm dünya miqyasında, həm də Ermənistanın özündə çox ciddi legitimlik problemi yaşayır. Erməni rəhbərlərinə xatırladılır ki, əgər münaqişənin həllində yaranmış imkanlardan istifadə etsələr, real addımlar atsalar, yeni rəhbərliyin legitimlik probleminin kəskinliyi bir qədər aşağı düşər bilər". Ekspert üç il əvvəl Belçikanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədrinin də "qızıl" ifadəsini işlətdiyini xatırlatdı: "2005-ci il Qarabağ probleminin həllində "qızıl pəncərə" ili elan edilmişdi. Həmin "qızıl pəncərə"yə bəslənən ümidlər özünü doğrultmadı. İndi də "qızıl" adı altında ifadə olunan yeni imkan da ümidli görünmür. Hər halda bu bəyanatın nəticəsini gözləmək lazımdır. Yəqin ki, münaqişə tərəfləri yaxın günlərdə bununla bağlı öz mövqeyini ortaya qoyacaq". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar