SON XƏBƏRLƏR

ATƏT ölkələri səfirləri ayda bir dəfə toplantı keçirəcəklər

2021.10.20, 07:36
ATƏT ölkələri səfirləri ayda bir dəfə toplantı keçirəcəklər

Gunaz.tv
ATƏT ölkələrinin Azərbaycandakı səfirləri prezident seçkilərinə qədər bir neçə birgə toplantı keçirəcəklər. Bu barədə APA-ya ATƏT-in Bakı Ofisinin rəhbəri Xose Luis Herero Ansola məlumat verib. Onun sözlərinə görə, bu cür görüşlərin ayda bir dəfə keçirilməsi nəzərdə tutulur. Görüşlərdə seçki kampaniyasının gedişi, medianın durumu və digər məsələlərə dair müzakirələr aparılacaq. Müzakirələrə Azərbaycan tərəfdən də bəzi şəxslərin dəvət olunması gözlənilir. Qeyd edək ki, srağagün ATƏT-in Azərbaycandakı səfirləri yeni qəbul olunmuş Seçki Məcəlləsini müzakirə ediblər. Müzakirələrdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar