Latviya muzeyinin direktoru: "Qarabağ xalçaları tarixi danışır"

22.10.2021, 19:31

Latviyanın Qulben rayonunun Tarix və İncəsənət Muzeyi Azərbaycanda xalçaçılıq sənətini araşdırmış tanınmış latviyalı rəssam Yulius Straumeyə həsr olunmuş kitab nəşr etdirməyi planlaşdırır.

Gunaz.tv Quote | Gunaz article

Bunu Qulben rayonunun Tarix və İncəsənət Muzeyinin direktoru Valda Vorza bildirib.

“Biz kitab nəşr etdirməyi və Azərbaycan ilə birgə layihələr həyata keçirməyi, Latviya rəssamlarının Azərbaycanda sərgilərinin təşkilini davam etdirməyi planlaşdırırıq. Bütün bunlar ölkələr arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək”, - o bildirib.

Vorza Azərbaycana ikinci dəfə səfər etdiyindən çox məmnun olduğunu etiraf edib. O qeyd edib ki, bu dəfə Azərbaycanı və Latviyanı ötən əsrin əvvəllərində 16 il Qafqazda, o cümlədən Azərbaycanda yaşayıb-yaratmış latviyalı tətbiqi incəsənət ustası Yulius Straumenin yaradıcılığı bir araya gətirib. 

Latviyalı rəssam Şuşa şəhərində tətbiqi incəsənətdən dərs deyib. Orada o, Qarabağ xalçalarının şəkillərini çəkib və xalçaçılığın bütün incəliklərini, o cümlədən Azərbaycanın bu regionunun xalçalarına xas ornamentlərin özünəməxsusluğunu öyrənib.

“Nəşr etdirməyi planlaşdırdığımız kitab Yulius Straumenin Şərq motivlərindən istifadə etdiyi işlərinə həsr olunacaq. Azərbaycanda yaşadığı müddət ərzində o, xalçaçılıq sənətinə yiyələnmiş və hətta özü 10 xalça toxuyaraq, onların dizaynını düşünmüşdür”, - o qeyd edib.

“İncəsənət və mədəniyyət Azərbaycan və Latviya xalqları arasında ən dayanıqlı körpüdür. İnsanlar Qarabağ xalçalarında, bu ornamentərdə, bu rənglərdə xalqın mahiyyətini, adət və ənənələrini əks etdiriblər. Qarabağ xalçaları tarixi danışır, həmin dövrün həyatı və məişəti haqqında məlumat verirlər. Bu, əvəzolunmaz qiymətə malikdir”, - o qeyd edib.

Vorza Qulben rayonunun Tarix və İncəsənət Muzeyinin kolleksiyasının Azərbaycan Milli Xalça Muzeyində nümayiş olunacağını əlavə edib.

“Sərgidə Latviyada toxunan tətbiqi incəsənət nümunələrinin, Yulius Straumenin dizaynı əsasında toxunmuş xalçaların replikalarının, həmçinin maraqlı çini məmulatların nümayiş etdiriləcəyi gözlənilir”, - o deyib. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İsfahanda “Xamneyiyə ölüm” şüarı səsləndirildi: Dinc etirazçılara odlu silahlardan atəş açıldı – FOTOLAR, VİDEO

2021-11-27

gun az article

Qırğızıstanda noyabrın 28-də parlament seçkiləri keçiriləcək

2021-11-27

gun az article

Ərdoğan Türkmənistana səfər edəcək

2021-11-27

gun az article

XİN-dən üçtərəfli görüşlə bağlı açıqlama

2021-11-27

gun az article

Xəzər dənizində zəlzələ olub

2021-11-27

gun az article

Şuşa Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi

2021-11-26

gun az article

Azərbaycan, Rusiya və Ermənistan liderləri mətbuata bəyanatla çıxış ediblər

2021-11-26

gun az article

Azərbaycan 100-dən çox hərbi əsiri Ermənistana təhvil verib

2021-11-26

gun az article

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

2021-11-26

gun az article

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü başa çatıb

2021-11-26

gun az article

Tanınmış QHT rəhbəri Əvəz Həsənov vəfat edib

2021-11-26

gun az article

“Kommunikasiyaların açılması çox vacibdir” - Paşinyan

2021-11-26

gun az article

Putin: “Yekun sülh müqaviləsi bağlamaq lazımdır”

2021-11-26

gun az article

“Azərbaycan kommunikasiyaların açılması məsələsində konstruktivlik nümayiş etdirib” - İlham Əliyev

2021-11-26

gun az article

Putin sülhməramlıların Qarabağdakı rolundan danışdı

2021-11-26

gun az article

Rusiyalı ekspert: “Paşinyan 9 noyabra planlaşdırılan üçtərəfli görüşü pozdu”

2021-11-26

gun az article

İsfahanda gərginlik: Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

2021-11-26

gun az article

İranda daha 2 bəluc edam edilib

2021-11-26

gun az article

Səid Xətibzadə: “Amerika və Avropa üçlüyü saxta bəyanatlar yayırlar”

2021-11-26

gun az article

Tofiq Zülfüqarov: "Bakı və Moskva İrəvandan öhdəliklərini yerinə yetirməyi istəyəcək"

2021-11-26