SON XƏBƏRLƏR

"İran rəsmiləri beynəlxalq öhdəliklərə əməl etməlidirlər"-Cavid Rəhman

2022.04.02, 09:08
"İran rəsmiləri beynəlxalq öhdəliklərə əməl etməlidirlər"-Cavid Rəhman

Gunaz.tv

Onları beynəlxalq öhdəliklərinə əməl etməyə, ona İranda insan haqlarının durumu ilə bağlı hesabat hazırlamaq üçün İrana səfər etməsinə icazə verməyə çağırıb.

“Mənə İrana getmək və bəzi rəsmilərlə görüşmək icazəsi veriləcəyini gözləyirəm. Ümid edirəm ki, bu vasitə ilə İran rəsmiləri əmin olacaqlar ki, mənim hesabatım qərəzsizdir və mənim yeganə motivasiyam İslam Respublikasında insan haqlarını qorumağa təşviq etməkdir.

İran rəsmilərinin hər hansısa tənqidləri varsa bunu əsaslandırmalıdırlar. Yalnız təkzib etməklə məsələnin mahiyyətini dəyişmək olmaz”-deyə, Rəhman bildirib.

BMT-nin xüsusi məruzəçisi İran rəsmilərinin niyə onun ölkəyə daxil olmasına icazə verməməsi ilə bağlı suala cavab olaraq, onun missiyasının İnsan Haqları Şurasının qərarına əsaslandığını vurğulayıb və İslam Respublikasının hakimiyyət orqanlarını beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb. 

O əlavə edib ki, İnsan Haqları Şurasının üzvləri də ona öz missiyasının tam yerinə yetirilməsi, o cümlədən İrana çıxış üçün şərait yaratmalıdırlar.

Qeyd edək ki, Brləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə xüsusi məruzəçisi professor Cavid Rəhman  martın 17-də Cenevrədə videokonfrans vasitəsilə keçirilən BMT İnsan Haqları Şurasının iclasındakı son hesabatında İran İslam Respublikası rəsmilərini geniş yayılmış insan haqları pozuntularında ittiham edib.

İran rəsmiləri isə xüsusi məruzəçinin hesabatlarının siyasi mahiyyət daşıdığı və qərəzli olduğu barədə iddialar səsləndiriblər.

Cavid Rəhman isə İran hökumətinin iddialarını əsassız adlandırıb və öz məsuliyyətini yerinə yetirdiyinə görə, Tehran hökumətinin hiddətlənməsinə səbəb olduğunu söyləyib. 

Timor
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar