SON XƏBƏRLƏR

Cavid Rəhman: “İranda edamlarla bağlı vəziyyət çox ağır və acınacaqlıdır”

2021.10.26, 08:28
Cavid Rəhman: “İranda edamlarla bağlı vəziyyət çox ağır və acınacaqlıdır”

Gunaz.tv

Hesabatda deyilir ki, İranda həyata keçirilən edamlarla bağlı vəziyyət son dərəcə ağır və acınacaqlıdır.

“İran İslam Respublikası keçmişdə olduğu kimi insanlara ölüm əzası çıxarılmasını hələ də davam etdirir və ötən il ərzində İranda demək olar li, 200 nəfərdən çox insan edam edilib.

Təəssüflər olsun ki, bəzi ölüm hökmləri isə insanlardan işgəncələr altında alınan məcburi etiraf əsasında çıxarılıb. 

İran İslam Respublikası 18 yaşından əvvəl müxtəlif səbəblərə görə cinayət törətmiş şəxslərin edamını da davam etdirir. Lakin hesab edirik ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının üzvü olan İran uşaq və yeniyetmələrin edamını dayandırmalıdır.

İranda özbaşına olaraq insanlara ölüm ökmlərinin çıxarılmasının müxtəlif və müəmmalı səbəbləri var. Elə buna görə də İran İslam Respublikası edam cəzasını siyasi bir alətə çevirib”, -deyə BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman bildirib.

Cavid Rəhman həmçinin İran təhlükəsizlik orqanlarının jurnalistlərə, hüquq müdafiçilərinə və onların ailə üzvlərinə qarşı təhdid və təzyiqi artırdığını da xatırladıb.

“İran İslam Respublikasının repressiv hökuməti son bir ildə ölkə vətəndaşlarının dinc etiraz aksiyalarını ən kobud şəkildə dağıdıb, Xuzistanda isə susuzluqdan əziyyət çəkən yerli əhalinin dinc etirazlarını odlu silahlardan açdığı atəşlə susdurmağa çalışıb”, -deyə Cavid Rəhmanın İranda edamlarla bağlı yaydığı hesabatında vurğulanır. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar