SON XƏBƏRLƏR

Avropa Birliyi İrandan polad idxalını dayandırıb

2021.10.20, 07:36
Avropa Birliyi İrandan polad idxalını dayandırıb

Gunaz.tv

GünAzTV: “Avropa Birliyi İrandan polad idxalını dayandırıb”. Bu barədə İran Polad Əncüməninin üzvü Əhməd Dünyanur dekabrın 7-də jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, Avropa Birliyi İrandan polad alışı ilə bağlı müqavilənin vaxtını uzatmaqdan imtina edib: “Avropa tərəfi bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyaları nəzərə alaraq, maliyyə problemlərinin aradan qaldırılması və birgə əməkdaşlıqla bağlı durumun müəyyənləşdirilməsinə qədər, bizimlə bağladığı müqavilənin vaxtını uzatmaqdan imtina edir”.

 

 

Xatırladaq ki, Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir. Məhz bunları nəzərə alaraq, biz İranla bağlanmış nüvə razılaşmasından çıxdığımızı elan edirik”.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar