SON XƏBƏRLƏR

Avropa Birliyi İranla imzalanmış nüvə sazişinin qorunub saxlanılmasına təkid edib

2021.10.20, 07:36
Avropa Birliyi İranla imzalanmış nüvə sazişinin qorunub saxlanılmasına təkid edib

Gunaz.tv

GünazTV: Avropa Birliyinin xarici siyasət üzrə komissarı Federiko Moqerini fevralın 15-də Münhen təhlükəsizlik toplantısında çıxış edərək, birliyin İranla imzalanmış nüvə sazişinə sadiq qaldığını və bu razılaşmanın qorunub saxlanılmasının vacib olmasına təkid edib.

 

Moqerinin açıqlaması, ABŞ prezidentinin müavini Mayk Pensin Varşava konfransındakı çıxışında Avropa ölkələrini Tehranla əldə edilmiş nüvə sazişindən çıxmağa çağırmasından bir gün sonraya təsadüf edib.

 

Moqerini deyib ki, Avropa Birliyi nüvə razılaşmasının qorunub saxlanılmasına, onun davam etdirilməsinə təkid edir: “Hesab edirəm ki, əgər Avropa Birliyinin, o cümlədən də Fransa, Almaniya və Böyük Britaniyanın cəhdləri olmasaydı, bu saziş çoxdan aradan getmişdi. İnanırıq ki, bu saziş bizim təhlükəsizliyimizin təmin olunması üçün vacib və həyatidir”.

 

Xatırladaq ki, Mayk Pens fevralın 14-də Varşava konfransında çıxışı zamanı Avropa ölkələrini dünyada sülhün və təhlükəsizliyin bərqərar olması üçün nüvə razılşmasından çıxmağa çağırıb.

 

Mayk Pens

 

İranı Yaxın Şərqdə sülh və təhlükəsizliyə qarşı ən böyük təhdid adlandıran Pens bildirib ki, dünya İran xalqına və qlobal sülhə dəstək göstərmək şansını əldən verməməlidir. Onun dediyinə görə, Avropanın 3 ölkəsi- Fransa, Almaniya və Britaniya tərəfindən İran ilə ticarət əlaqələrini davam etdirmək üçün “İnstex” adlı özəl maliyyə kanalının yaradılması səhv addımdır: “Bu İranın lehinə, Avropanın isə əleyhinə olan bir qərardır. Bu, həm də Amerika Birləşmiş Ştatları ilə Avropa arasında əlaqələrə mənfi təsir edəcək bir addımdır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar