SON XƏBƏRLƏR

Avropa İttifaqı Brexit haqqında sazişi təsdiqləyib

2021.10.20, 07:36
Avropa İttifaqı Brexit haqqında sazişi təsdiqləyib

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı Şurası Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi təsdiqləyib.

 

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu barədə şuranın cümə axşamı günü yayılan bəyanatında bildirilir. Beləliklə, Böyük Britaniya yanvarın 31-i gecəsi Avropa İttifaqını tərk edəcək və bundan sonra qurumda 27 üzv ölkə qalacaq.

 

İlin sonunadək Aİ-nin və krallığın münasibətlərində mahiyyətcə heç bir dəyişiklik baş verməyəcək. Belə ki, dekabrın 31-dək keçid dövrü nəzərdə tutulur. Həmin müddətdə Brüssel və London yeni münasibətlər qurmaq barədə danışıqlar aparacaqlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar