Avropa İttifaqından dinc etirazçılara qarşı repressiyalarda əli olan 8 İran rəsmisinə SANKSİYA-SİYAHI

2021-04-13 12:39

Avropa İttifaqı aprelin 12-də bəyanat yayaraq, 2019-cu ilin noyabrında İranda benzinin qiymətinin bahalaşmasına qarşı ölkədə keçirilən dinc etirazçılara qarşı həyata keçirilən qanlı repressiyalarda birbaşa əli olan 8 İran rəsmisinə qarşı sanksiya qoyduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

Bəyanatda bildirilir ki, adları Avropa İttifaqının sanksiyalar siyahısına salınanlar İranda insan hüquqlarını kobud şəkildə pozmaqda və dinc etirazçılara qarşı həyata keçirilən amansız qanlı repressiyalarda günahlandırılır.
 

Adları Avropa İttifaqının qara siyahısına sanılan İran rəsmiləri bunlardır:


“Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami, "Bəsic” Təşkilatının rəisi Qulamrza Süleymani, Hüquq-Mühafizə Qvvələrinin özəl briqadalarının komandanı Həsən Kərəmi, “Sepah” quru qüvvələrinin komandanı Məhəmməd Pakpur, islam respublikası hüquq-mühafizə qüvvələrinin komandanı Hüseyn Əştəri, Evin zindanının rəisi Qulamrza Ziyayi, Xuzistanın “Vəliyyi-Əsr” “Sepah”ının komandanı Həsən Şahvarpur və Həsən Xan qalasının komandanı Leyla Vasiqi.


Avropa İttifaqının bəyanatında həmçinin Tehranın qorxunc Evin zindanına, Böyük Tehranın mərkəzi Fəşafuyə zindnına və Kərəcin Rəcayişəhr həbsxanasına da sanksiya tətbiq edildiyi bildirilir.  

 
Xatırladaq ki, 2019-cu il noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə bahalaşdırmasına qarşı kütləvi etirazlar keçirilib və bir neçə həftə davam edib. 


Ölkənin 137 şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misili görünməmiş qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı ağır odlu silahlardan atəş açması nəticəsində ən azı 1500 insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

تصویری از اعتراضات مردمی ایران - آبان ۱۳۹۸

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranın Şimali Xorasan əyalətində 5,5 bal gücündə zəlzələ olub

2021-05-17

gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16

gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15