SON XƏBƏRLƏR

Avropa İttifaqı və Böyük Britaniya ortaq bəyannamə layihəsi yayıb

2021.10.20, 07:36
Avropa İttifaqı və Böyük Britaniya ortaq bəyannamə layihəsi yayıb

Gunaz.tv

GünAz TV: "Avropa İttifaqı və Böyük Britaniya "Brexit" sonrası əlaqələrə dair ortaq bəyannəmə layihəsi haqqında razılaşıb".

 

"Report"un “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının prezidenti Donald Task Brusseldə keçirilən sammit zamanı açıqlama verib.

 

Donald Task layihənin Böyük Britaniyanın baş naziri Tereza Mey və Avropa Komissiyasının prezidenti Jan Klaud Junker arasında müzakirə edildiyini və "prinsipcə siyasi səviyyədə” razılaşmanın əldə olunduğunu bildirib.

 

“Komissiya prezidenti mənə məlumat verdi ki, müzakirəçilər səviyyəsində razılığa gəlinib”, - deyə D.Task qeyd edib.

 

Birləşmiş Krallıq və Avropa Komissiyası tərəfindən razılaşdırılmış bəyannamə layihəsində bildirilib ki, "tərəflər qanuni ticarətin rahatlığını təmin etmək məqsədi ilə mümkün qədər geniş ticarət əlaqələri qurmağı nəzərdə tutur".

 

Qeyd edək ki, ortaq layihə digər 27 Avropa Birliyi ölkəsini təmsil edən nümayəndələrin iştirak edəcəyi Brüssel sammitində müzakirəyə çıxarılacaq.

 

Böyük Britaniya 29 mart 2019-cu ildə Aİ-dən ayrılmaq niyyətindədir və diplomatlar gələcək əlaqələrə dair “Brexit” şərtləri üzərində razılaşmağa çalışırlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar