SON XƏBƏRLƏR

Avropa İttifaqının karantin tədbirləri 3 trilyon avroya başa gəlib

2021.10.20, 07:36
Avropa İttifaqının karantin tədbirləri 3 trilyon avroya başa gəlib

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının (Aİ) koronavirus pandemiyası ilə mübarizə üzrə karantin tədbirləri 3 trilyon avroya başa gəlib.

 

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.

 

O bildirib ki, bu məbləğ iqtisadi böhranla mübarizə aparmaq üçün ayrılıb və Avropa İttifaqı ölkələrinə öz iqtisadiyyatlarına likvidlik əlavə etməyə icazə verilib.

 

Avropa Komissiyasının rəhbəri qeyd edib ki, Aİ-nin pandemiya ilə mübarizəsində çoxlu sayda iqtisadi çətinlikləri yaranıb. Bununla belə, o əlavə edib ki, karantin tədbirləri mərhələli şəkildə və bütün üzv ölkələrin tam koordinasiyası ilə aradan qaldırılmalıdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar