SON XƏBƏRLƏR

Avropa ölkələri ballistik raketlərə görə İrandan BMT-yə şikayət ediblər

2021.10.20, 07:36
Avropa ölkələri ballistik raketlərə görə İrandan BMT-yə şikayət ediblər

Gunaz.tv

GünAz TV: Böyük Britaniya, Almaniya və Fransa nüvə başlıqlar daşımaq potensialına malik raketlər istehsal etmək üçün müvafiq fəaliyyətlər göstərən İrandan Birləşmiş Millətlər Təşkilatına şikayət edib.

 

Ölkələr Antoniu Quterreşə ünvanladıqları məktubda rəsmi Tehranın bu addımının BMT-nin İranın qeyd edilən xüsusda fəaliyyətini qadağan edən qətnaməsi ilə ziddiyyət təşkil etdiyini bildiriblər.

 

Məktubda ölkələr İranın keçirdiyi son raket sınağı və bu istiqamətdə istifadə etdiyi sistemlərdən də narahatlıqlarını ifadə ediblər. Eləcə də, İranın kosmosa peyk göndərmək üçün göstərdiyi uğursuz cəhd də məktubda 2231 saylı qətnaməni pozan amil kimi dəyərləndirilib.

 

Hər 3 ölkənin BMT yanında akkreditə edilmiş səfirləri digər üzvlərin məsələdən xəbərdar olmaları üçün Quterreşdən Təhlükəsizlik Şurasına təqdim edəcəyi növbəti raporta İranın qeyd edilən xüsusda qəbul edilmiş 2231 saylı qətnamə ilə təzad təşkil edən fəaliyyətlərini daxil etməsini istəyiblər.

 

2015-ci ilin iyul ayının 20-də BMT-nin Təhlükəsizlik Şurası tərəfindən nüvə razılaşmasına dəstək üçün qəbul edilmiş həmin qətnaməyə əsasən, 5 il müddətində İrana qarşı hərbi sahədə qəbul edilmiş bir sıra məhdudiyyətlər davam etməlidir. Qətnamə rəsmi Tehranın nüvə başlıq daşımaq iqtidarında olan ballistik raket istehsalı istiqamətində hər növ fəaliyyətini qadağan edir.

 

Qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları dəfələrlə İranın nüvə başlıq daşıyan raketlər istehsal etməyə çalışdığını əsas gətirərək, BMT-ni bu ölkəyə qarşı tətbiq edilmiş silah-sursat məhdudiyyətlərini 2020-ci ildən sonra da uzatmağa çağırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar