SON XƏBƏRLƏR

Avropa Parlamenti: “İran son etirazlarda qətlə yetirilən və həbs edilənlərin sayını elan etməlidir”

2021.10.20, 07:36
Avropa Parlamenti: “İran son etirazlarda qətlə yetirilən və həbs edilənlərin sayını elan etməlidir”

Gunaz.tv

GünazTV: Avropa Parlamenti dekabrın 19-da qətnamə qəbul edərək İranda baş verən son  kütləvi etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı misilsiz zorakılıq nümayiş etdirilməsini və ölkədə törətdiyi qətliamı kəskin pisləyib.

 

Avropa Parlamentindəki bütün əsas siyasi qruplar tərəfindən dəstəklənən qətnamədə bildirilir ki, İran İslam Respublikası rejimi son etirazlarda qətlə yetirilənlərin və həbs edilənlərin sayını elan etməli, bu barədəki susğunluğuna son qoymalıdır: “Hesab edirik ki, rəsmi Tehran, İran təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı həddən artıq zorakılığa əl atması, o cümlədən də etirazçılara birbaşa atəş açması məsələsini tərəfsiz, müstəqil və şəffaf şəkildə araşdırmalı, xalqa qarşı zorakılıq nümayiş etdirənləri mühakimə etməlidir.

 

Biz həmçinin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə etdikləri üçün həbs edilən dinc etirazçıların, jurnalistlər və hüquq müdafiəçilərinin qeydsiz-şərtsiz dərhal azadlığa buraxılmasını tələb edirik. Həm də hesab edirik ki, etirazlarda tutulanların ailələri öz övladlarının harada saxlanmasından xəbərar olmalı, onların nigaranlığına son qoyulmalıdır” –deyə, Avropa Parlamentinin İrandakı son etirazlarda baş verən repressiyalarla bağlı qəbul etdiyi qətnaməsində bildirilir.

 

 

Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb. Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1000-dən çox insan qətlə yetirilib, 37 00 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 8 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, eləcə də 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

Molla rejiminin repressiya maşınını işə salmasına baxmayaraq, ölkədə yaşanan inqilabi vəziyyət və iri şəhərlərdə elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar