Avropa Parlamentində Qarabağdakı müharibə müzakirəyə çıxarıldı

2021-01-20 10:14

Bu gün Avropa Parlamentinin plenar iclasında Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə İllik Hesabat müzakirə olunur.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Modern.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev məlumat verib.

 
Onun sözlərinə görə, hesabat Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən hazırlanıb və komitənin sədri Mac Allister tərəfindən müzakirəyə təqdim olunur:


"Hesabat Avropa Komissiyasının 2021-ci ldə Xarici Siyasət və Təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirir və Avropa hökümətinə tövsiyyə xarakteri daşıyır. 


Bu hesabatda Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı ayrıca fəsil yer alır və bu fəsildə Şərq tərəfadaşlığı ölkələrində mövcud problemlərin həlli ilə bağlı Aİ-nın mövqeyinə dair müddəalar var. 


Hesabat Layihəsinin 23-cü bəndində ŞT-a daxil olan ölkələrin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Aİ tərəfindən dəstək verilməsinin vacibliyi qeyd olunub".  

 
C.Feyziyev bildirib ki, 24-cü bənddə 9 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı Birgə Bəyanat əsasında atəşkəsə nail olunması alqışlanır:

 
"Avropa Parlamenti münaqişə zonasında status-kvonun sülh yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə dəyişdirilməsindən təəssüf etdiyini bildirir, sülh prosesini ATƏT-in Minsk Qrupu formatında davam etdirməyə çağırır. AP hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün zəruri şərait yaradılmasını, müharibə cinayətləri barədə səsləndirilən iddiaların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. AP Aİ hökümətini münaqişənin həllində daha fəal mövqe nümayiş etdirməyə və regionun taleyini başqa güclərin ixtiyarına buraxmamağa çağırır".

 
Qeyd edək ki, hesabat layihəsi hazırda müzakirə olunur və yaxın saatlarda səsverməyə çıxarılacaq.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021 : “Çin 21-ci əsirin ən böyük geopolitik imtahanıdır. Açıqlama Amrika Birləşmiş Ştatlarının Dövlət Katibindəndir”

2021-03-04

gun az article

Azərbaycanla Türkiyə yenidən birgə hərbi təlimlər KEÇİRƏCƏK - FOTOLAR

2021-03-04

gun az article

Azərbaycan Ordusunda ciddi islahat aparılır - Türkiyə modeli əsas götürüldü

2021-03-04

gun az article

İranın Hormozqan əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb

2021-03-04

gun az article

Səid Xətibzadə İranın nüvə sazişi əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtması üçün şərtini açıqlayıb

2021-03-04

gun az article

İranda koronavirusdan daha 78 nəfər ölüb, 8 404 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb (Rəsmi statistika)

2021-03-04

gun az article

Vandi Şerman: “Regionun geosiyasi durumu dəyişib. Amerika nüvə sazişindən daha möhkəm bir razılaşmanın tərəfdarıdır”

2021-03-04

gun az article

Ağ Evin sözçüsü: “Eynül-Əsəd hərbi bazasına edilən hücuma tələsik reaksiya verməyəcəyik”

2021-03-04

gun az article

İran hökuməti Bəluçistanda ən azı 23 nəfəri öldürüb

2021-03-04

gun az article

Rusiya Müdafiə Nazirliyindən Qarabağla bağlı son AÇIQLAMA

2021-03-04

gun az article

Ermənistanda vətəndaş müharibəsi BAŞLAYA BİLƏR - VİDEO

2021-03-04

gun az article

Azərbaycan vətəndaşlarının İrana giriş şərtləri açıqlandı

2021-03-04

gun az article

Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

2021-03-04

gun az article

Türkiyə ilə İran arasında gərginlik artmaqdadır

2021-03-04

gun az article

Azərbaycan Prezidenti: “Pakistanla birgə hərbi təlimlərin vaxtı çatıb”

2021-03-04

gun az article

İraqda raket hücumunda ABŞ mülki kontraktoru öldürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021 : “Mayda Birləşmiş Ştatlarda bütün Amerikalılara yetəcək qədər vaksin olacaq”

2021-03-03

gun az article

GünazTV March.03.2021 : “Amerika düşünür ki, İran Yəmən konfiliktinə alov vurur”

2021-03-03

gun az article

Yoluxma azaldı, ölüm sayı artdı

2021-03-03

gun az article

Zəngilan rayonunun Beşdəli kəndindən görüntülər - Fotolar + VİDEO

2021-03-03