Avropa yəhudilərinin Bakı dini icmasının sədri: "Ağdamı görəndə mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam"

2021-04-07 15:44

“Bu, böyük qələbədir, xalqımız 44 gün içində qalib gəldi, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bizdə sabahkı günə ümid yaratdı və budur, bu gün biz qalib xalqıq”.

Gunaz.tv Quote | Gunaz article

Bunu jurnalistlərə açıqlamasında Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski deyib.

İşğaldan azad edilmiş ərazilərə səfər təşkil etdiyi üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təşəkkürünü bildirən A.Şarovski müharibədən əvvəl bir neçə dəfə Ağdamda olduğunu xatırladıb: “Lakin bu dəfə Ağdama gələndə tamam ayrı mənzərə ilə qarşılaşdım. 

Avropa yəhudilərinin Bakı dini icmasının sədri: "Ağdamı görəndə mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam"

Mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam. Elə bil dejavü görürdüm. Yol boyu hər 10-20 metrdən bir minaaxtaranlar dayanıb və bizim müqəddəs torpaqlarımızda mina axtarırlar. Evlər dağılıb, o güllü-çiçəkli Ağdamdan heç nə qalmayıb. Sözün düzü, səfərimizin əvvəlində əhvalımız çox yüksək idi. 

Lakin mən bu mənzərəni görəndən sonra üzümdən təbəssüm çəkildi. Bu, sadəcə dəhşətdir! Görün, erməni faşistləri bizim torpaqlarımızı nə kökə salıblar! Bu, nağıl deyil, gerçəklikdir”.

İcma rəhbəri işğaldan azad olunmuş torpaqların yenidən bərpa ediləcəyinə əmin olduğu vurğulayıb: “Əgər bizim dövlətimiz və prezidentimiz Vətən müharibəsində zəfər qazana biliblərsə, deməli, evlərimiz də, məktəblər də, xəstəxanalar da yenidən bərpa ediləcək. Yeganə bərpa edilməsi çətin olan müharibədə öz yaxınlarını itirənlərin qəlbindəki ağrılarıdır. 

Bütün gün dualar etdiyimizi nəzərə alaraq, mən torpaqlarımızı işğal edənləri lənətləmək istəyirəm və bizim torpaqlarımızı məhv edənlərə lənət olsun deyirəm”. (apa)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

2021-04-19

gun az article

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

2021-04-19

gun az article

Tehranda mebel sexində yanğın: 6 ölü, 3 yaralı

2021-04-19

gun az article

Gürcüstan DTX: Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub

2021-04-19

gun az article

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

2021-04-19

gun az article

Ağdamın İsmayılbəyli kəndi - VİDEO

2021-04-19

gun az article

Rusiya ordusu Artikada təlimlərə başlayıb

2021-04-19

gun az article

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-04-19

gun az article

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

2021-04-19

gun az article

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

2021-04-19

gun az article

Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19

gun az article

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

2021-04-19

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı-SON STATİSTİKA

2021-04-19

gun az article

Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19

gun az article

Çadda etnik qarşıdurma - Ölənlərin sayı 100-ə çatıb

2021-04-19

gun az article

Epidemioloq: "COVID-ə qarşı peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər enməyə başlayar"

2021-04-19

gun az article

ABŞ-ın investisiya bankı Avropa Super Liqasına 6 milyard dollar ayıracaq

2021-04-19

gun az article

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

2021-04-19

gun az article

Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri ilə görüşüb

2021-04-19

gun az article

İran parlamenti 2 həftəlik tətilə gedir: Səbəb bir qrup deputatın koronavirusa yoluxmasıdır

2021-04-19