SON XƏBƏRLƏR

Avropalı diplomatlar: “İran beynəlxalq sanksiyalardan yan qaçmaq üçün nüvə razılaşmasını pozmağı dayandırmalıdır”

2021.10.20, 07:36
Avropalı diplomatlar: “İran beynəlxalq sanksiyalardan yan qaçmaq üçün nüvə razılaşmasını pozmağı dayandırmalıdır”

Gunaz.tv

GünAz TV: İran nüvə razılaşması istiqamətində üzərinə götürdüyü öhdəlikləri pozmağa və nüvə fəaliyyətlərini artırmağa son versə, Avropanın 3 ölkəsi də rəsmi Tehrana qarşı beynəlxalq sanksiyaları yenidən qaytarmamaqla, Həftərəfli Birgə Fəaliyyət Planını ləğv etməyəcəklər.

 

Bu sözləri “Wall Street Journal” ilə müsahibədə adları açıqlanmayan avropalı diplomatlar deyiblər. Onlar Almaniya, Fransa və İngiltərənin ötən həftə nüvə razılaşmasında nəzərdə tutulmuş “tətik mexanizmi”ni işə saldıqlarını bildiriblər. Tərəflər arasında ixtilafların həll etmək üçün təşkil edilmiş bu mexanizm sonda Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İrana qarşı beynəlxalq sanksiyaları yenidən qaytarması ilə nəticələnə bilər.

 

Hər 3 ölkə İranın nüvə öhdəliklərini azaltdığı üçün sözügedən mexanizmə yönəlməkdən başqa çarənin qalmadığını bildirirlər. Eyni zamanda, hər 3 ölkə yaranmış vəziyyətdən çıxış istiqamətində rəsmi Tehranı öhdəliklərinə yenidən tam etməyə çağırırlar.

 

Avropa ölkələri Tehran və Vaşinqton arasında yeni razılaşma əldə edilməsi üçün mümkün danışıqların başlanacağı tarixə qədər mümkün addımlarla İranın atom bombası əldə etmək üçün lazım olan nüvə yanacağı əldə etməsinə maneə olmağa çalışırlar.

 

Son həftələr ərzində müşahidə edilən və Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən proseslərdən sonra mütəxəssislər tərəflərin danışığa başlama ehtimalının daha da artdığını düşünürlər.

 

Xatırladaq ki, İran yanvarın 6-da nüvə razılaşması çərçivəsində üzərinə götürdüyü bütün əməli öhdəliklərini dayandırmışdı. Bu, rəsmi Tehranın razılaşmanı tərk etməsi anlamına da gəlir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar