SON XƏBƏRLƏR

Avropalılar Azərbaycan türcəsini öyrənəcək

2021.10.20, 07:36
Avropalılar Azərbaycan türcəsini öyrənəcək

Gunaz.tv
Avropalılar Azərbaycan dilini öyrənəcək İyulun 9-da Avropalı tələbələr üçün Azərbaycan dili kursunun təqdimat məraismi keçiriləcək. Avropa Tələbələr Forumu – Bakı İctimai Birliynin təşkil etdiyi tədbir xarici vətəndaşların Azərbaycan dilini öyrənməsinə xidmət edir. Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, kursun iştirakçıları Avropanın 12 ölkəsindən olan 15 nəfər gənc Azərbaycan dilinin incəliklərini öyrənməklə yanaşı Azərbaycanın tarixi, mədəniyyəti ilə də tanış olmaq imkanı qazanacaq. Tədbirə Türkiyə, Gürcüstan, Macarıstan, Çexiya, İtaliya , Danimarka, Niderland, Finlandiya, Estoniya , İspaniya, Sloveniya və Slovakiyadan 15 gənc qatılacaq. Avropa Tələbələr Forumu Avropanın 40-dan artıq ölkəsinin 270-dən artıq şəhərində fəaliyyət göstərir və özündə 17000-dən çox gənci birləşdirir. Təşkilatının Bakı şəhəri üzrə nümayəndəliyi 2004-cü ildən fəalliyət göstərir. Qurumun əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa ideyalarını təşviq etməkdir. Elxan Salahov LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar