SON XƏBƏRLƏR

Lavrov: “Türk Dövlətləri Təşkilatına normal yanaşırıq”

2021.12.01, 20:29
Lavrov: “Türk Dövlətləri Təşkilatına normal yanaşırıq”

Gunaz.tv

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarını cavablandırarkən bildirib.

Rusiya XİN başçısı yeni yaradılan Türk Dövlətləri Təşkilatından da danışıb:

“Əvvəl bu təşkilat Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanırdı, indi Türk Dövlətləri Təşkilatı adlanır. Biz buna normal yanaşırıq. Hesab edirik ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə görmürəm. 

Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. 

Onu da deyim ki, prezidentlər telefonla danışacaq, mən isə türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə sabah Stokholmda ATƏT sammiti çərçivəsində görüşəcəyəm.

Biz bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Mən burada yanlış bir şey görmürəm”. (apa)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar