SON XƏBƏRLƏR

Avstraliyadan İrana yeni sanksiya

2021.10.20, 07:36
Avstraliyadan İrana yeni sanksiya

Gunaz.tv

GünAzTv: Avstraliyanın xarici işlər naziri Stefan Smit Tehranın nüvə sektorunun işini yüngülləşdirən “Bank Mellat” ilə bu ölkənin nüvə proqramıyla bağlı mal daşıyan İrana məxsus dənizçilik şirkəti “IRISL”-ə qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Nazirin sözlərinə görə, sanksiya Inqilab Keşikçiləri Korpusunun (SEPAH) tabeliyində olan bir inşaat şirkətinə rəhbərlik edən general Rüstəm Qasımlıya da tətbiq olunacaq. Nəzərdə tutulan embarqoya əsasən Qasımlı Avstraliya Xarici Işlər Nazirliyindən icazə almadan ölkəyə daxil ola bilməyəcək. Və qeyd olunan şirkət də Avstraliya ilə hər hansı müqavilə imzalamaq hüququna sahib olmayacaq.

Qeyd edək ki, Avstraliya hökuməti rəsmi Tehrana qarşı əvvəllər də bu tip addımlar atıb. Daha öncə sanksiyalar 40-a qədər fiziki və hüquqi şəxsə tətbiq olunub. Bundan əlavə, Avstraliya BMT TŞ-nin İrana qarşı bütün qərarlarını da dəstəkləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar