SON XƏBƏRLƏR

Avstraliyanın 8 mötəbər universiteti İrana edilən akademik səfərləri təxirə salıb

2021.10.20, 07:36
Avstraliyanın 8 mötəbər universiteti İrana edilən akademik səfərləri təxirə salıb

Gunaz.tv

GünAz TV: Avstraliya mətbuatında bu ölkənin 8 mötəbər universitetinin öz alimləri və tələbələrinin İrana elmi səfərlərini qeyri-müəyyən vaxta qədər təxirə saldığı barədə məlumatlar dərc edilib.

 

Xəbərlərə əsasən, universitetlər bu qərarı elmi işçilərin İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmaları təhlükəsinə görə qəbul ediblər.

 

Xüsusilə bu qərar Avstraliya hökumətinin öz vətəndaşlarına İrana səfər etdikləri təqdirdə, həbs olunma təhlükəsi ilə üz-üzə olacaqları barədə etdiyi xəbərdarlıqdan sonra qəbul edilib.

 

Qeyd etmək lazımdır ki, hazırda Avstraliyanın bir neçə vətəndaşı İranda məhkumluq həyatı yaşayır. Onlardan biri Avstraliya-Britaniya vətəndaşlığı olan, Melbrun Universitetinin elmi işçisi Kylie Moore-Gilbertdir. O, bir il bundan əvvəl “Ərəb Baharı” üzrə apardığı tədqiqatla bağlı İrana etdiyi səfər çərçivəsində təhlükəsizlik orqanları tərəfindən həbs edilib. Bir müddət əvvəl İranın məhkəmə sistemi xanım Gilbertin “casusluq”da ittiham edildiyini bəyan etmişdi.

 

Bundan başqa, bir müddət əvvəl İrana səfər edən Coli Kind və onun sevgilisi Mark Firkin də həbs edilmişdi. Lakin aparılmış araşdırmalardan sonra onlar sərbəst buraxılmışdılar. Cütlük Avstraliyanın Kvinslend Universitetinin doktorantura pilləsində təhsil alan Rza Dehbaşini azad etməsindən sonra sərbəst buraxılmışdılar.

 

Rza Dehbaşi raketləri və radara düşməyən qırıcıları aşkarlamaq üçün istifadə edilən radar sistemlərini alıb, Dubay vasitəsilə İrana göndərdiyi üçün həbs edilmişdi. Onun Amerika Birləşmiş Ştatlarına ekstradisiya olunacağı gözlənilirdi.

 

Qeyd etmək lazımdır ki, İran rejimi bu ölkəyə səfər edən xarici ölkə vətəndaşlarının bir çoxunu saxta ittihamlarla həbs edir. Rəsmi Tehran onlardan digər ölkələrlə siyasi sövdələşmələrdə girov kimi istifadə edir. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar