Avstriya XİN başçısı: "Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik"

2021-06-24 22:56

"Cənubi Qafqazda sabitlik, sülh və rifah Aİ üçün çox vacibdir".

Gunaz.tv Quote | Gunaz article

Bunu Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Cənubi Qafqaza səfər öncəsi Litva və Rumıniya XİN başçıları ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Avstriyanın XİN başçısı bildirib ki, Aİ-nin Ali Nümayəndəsinin mandatı əsasında reallaşan bu səfər ilk belə səfərdir.

"Bu səfər Aİ-nin Cənubi Qafqaza önəm verdiyinin ən yaxşı nümunəsidir. Bu region bizim yaxın qonşumuzdur. Bu regionda sabitlik, təhlükəsizlik və rifah Aİ üçün vacibdir. Çünki burada təhlükəsizlik rifah, sabitlik həm də Aİ üçün keçərlidir. Biz bu regiondakı proseslərdə iştirak etməli, əlaqədə olmalıyıq. Bizim burada marağımız var. Biz Cənubi Qafqazı başqa aktorlara buraxa bilmərik və bunu etməməliyik", - deyə Avstriya XİN başçısı vurğulayıb.

Şallenberq bildirib ki, ötən il baş verən müharibə göstərdi ki, bu regionda vəziyyət necə həssasdır: "Barışıq üçün addımlara baxmayaraq, kiçik bir qığılcım münaqişəni yenidən alovlandıra bilər.

Biz inanırıq ki, Aİ ATƏT kimi digər beynəlxalq institutlarla birgə sülhə töhfə verə bilər. Biz etimadın yaradılması və münaqişənin dayanıqlı və uzunmüddətli həllinə aparan siyasi prosesin başlamasına töhfə vermək istəyirik. Qarabağ yarası sağalmalıdır ki, sonra yenidən baş verməsin, yoxsa gələcəkdə biz daha böyük problemlərlə üzləşə bilərik".

Rumıniyanın xarici işlər naziri Boqdan Auresku deyib ki, uzunmüddətli münaqişələrin həllində Aİ-nin rolu və profili artırılmalıdır: "Bu münaqişələrin davam etməsi onun təsirinə məruz qalan dövlətlərin sabitliyi, təhlükəsizliyi və insanların fundamental hüquqlarından faydalanması imkanlarına mənfi təsir göstərir. Aİ öz qonşuluğunda təsirli olmasa, həqiqətən qlobal aktor kimi də çıxış edə bilməz. Bu bölgədəki dövlətlər arasında uzanan münaqişələr mövzusunda genişləndirilmiş qarşılıqlı fəaliyyətin stimullaşdırılması bizim hədəflərimiz arasındadır".

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis isə bildirib ki, onlar Aİ-nin adından aydın dəstək mesajı ilə regiona gedirlər: "Bu səfər üçün ən doğru zamandır. Müharibə bitsə də, hər şey tam həll olunmayıb. Biz bu ölkələrin liderləri ilə görüşərək həll yoluna, barışığa necə töhfə verə biləcəyimizi müzakirə edəcəyik". (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02

gun az article

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

2021-08-02

gun az article

Antoni Blinken: “İsrailin neft tankerinə hücuma görə İran məsuliyyət daşıyır və ona lazımli cavab veriləcək”

2021-08-02