SON XƏBƏRLƏR

Çavuşoğlu da Pakistana getdi

2021.12.19, 07:54
Çavuşoğlu da Pakistana getdi

Gunaz.tv

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib.

“İslam Əməkdaşlığı Təşkilatının Əfqanıstan üzrə Xarici İşlər Nazirləri Toplantısında iştirak etmək və ikitərəfli təmaslar aparmaq üçün qardaş Pakistandayıq”, - deyə M.Çavuşoğlu sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak etmək üçün Pakistana səfər edib. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar