SON XƏBƏRLƏR

Çavuşoğlu İrana gedir

2021.11.12, 12:35
Çavuşoğlu İrana gedir

Gunaz.tv

"Əl-Cümhuriyyə" qəzetinə istinadla xəbər verir ki, səfər gələn həftə baş tutmlıdır.

Livan mənbələrinə görə, Türkiyə xarici işlər naziri öncə İrana gəlməlidir. Lakin onun İranda kiminlə görüşəcəyi və Tehrana hansı məqsədlə gələcəyi barədə heç bir məlumat yoxdur.

"Əl-Cümhuriyyə" qəzeti Çavuşoğlunun Beyruta səfəri çərçivəsində Livanın baş naziri Nəcib Mikati ilə ünsiyyətdə olacağını iddia edib. Onun prezident Rəcəb Tayyib Ərdoğanın adından Mikatiyə Ankaraya səfər dəvət çatdıracağı güman olunur.

Xatırladaq ki, İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahianın koronavirusa yoluxmasından sonra türk vəzifədaşı ona zəng edib. Bəzi mənbələr telefon danışığı zamanı Abdullahianın Mövlud Çavuşoğlunu Tehrana dəvət etdiyini iddia edib.   (Yenisabah.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar