SON XƏBƏRLƏR

Çavuşoğludan kritik açıqlamalar: Addım-addım Turan Birliyinə...

2021.11.12, 12:38
Çavuşoğludan kritik açıqlamalar: Addım-addım Turan Birliyinə...

Gunaz.tv

Bunu Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Xarici İşlər Nazirlərinin toplantısındakı çıxışında deyib.

“Bu uğur hamımızındır. İndi dəyişən dünyaya uyğunlaşmaq üçün mühüm transformasiya ərəfəsindəyik. Biz eyni kökdən qidalanan böyük bir ağacın fərqli budaqlarıyıq. Köklərimizi unutmadan birliyimizi möhkəmləndirdikcə, beynəlxalq miqyasını da genişləndirəcəyik”, - nazir bildirib.

Nazir Çavuşoğlu türklərin ata-baba yurdu kimi xarakterizə etdiyi Asiyanın dünya siyasətinin ağırlıq mərkəzinə çevrildiyini, Türk Şurasının əhəmiyyətinin və məsuliyyətinin artdığını vurğulayıb:

“İlk növbədə, qardaş Türkmənistanın müşahidəçi qismində iştirakı ilə bu il ailə fotomuzu tamamlayırıq. Dəyərli qardaşım Rəşid Mərədovun simasında Türkmənistanı salamlayıram. İkincisi, ailə məclisimizin adını Türk Dövlətləri Təşkilatı olaraq dəyişdiririk. Bunun vaxtı çoxdan gəlmişdi.

Üçüncüsü, biz Ağsaqqallar Şurasının yenidən işlənmiş əsasnaməsini qəbul edirik. Ortaq mədəniyyətimizdə ata sözü həmişə çətinliyə düşəndə ​​bizə yol göstərib. Ağsaqqallarımız öz təcrübələri ilə yolumuzu işıqlandıracaq".

Dördüncüsü, müşahidəçi və tərəfdaşlıq statuslarının dəqiq müəyyən ediləcəyini bildirən nazir Çavuşoğlu vurğulayıb:

“Əsl kimliyimizi qoruyub saxlayaraq təşkilatımızın cazibə gücünü birlikdə artıra biləcəyik. Beşincisi, “Türk Dünyası 2040-cı ilə baxış”ı da qəbul edəcəyik”.

O, bu sənədin təşkilatın gələcək perspektivini ortaya qoyduğunu bildirib: “Köklərimiz ortaq olduğu kimi, gələcəyə baxışımız da ortaq olmalıdır”.

Çavuşoğlu bu mühüm sənədin hazırlanmasında əməyi olanlara və Türk Şurasının baş katibi Bağdad Amreyevə təşəkkürünü çatdırıb: “Təklif edirəm ki, beş illik yol xəritəsi olan bu sənəd 2022-ci ilin birinci rübündə şuramızın təsdiqinə təqdim olunsun”. (teleqraf.com)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar