SON XƏBƏRLƏR

Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü

2023.02.08, 12:34
Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşdü

Gunaz.tv

Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Bakı KOB evi"ndə keçirilən Türkiyədə baş vermis zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi" dəstək platformasının təqdimatı mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan sahibkarları tərəfindən yardımlara dünəndən start verilib: "Bu gün də yardımlar davam edəcək.

Bizim işçi qrupumuz bu proseslərin davam etməsinə nəzarət edəcək. Hamımız qardaşlarımızın yanındayıq, Allah ölənlərə rəhmət eləsin".

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar