SON XƏBƏRLƏR

AXCP sədri Əli Kərimli tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib

2021.10.20, 07:36
AXCP sədri Əli Kərimli tanınmış güney azərbaycanlı fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib

Gunaz.tv

GünAz TV: Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli tanınmış güney azərbaycanlı milli-mədəni Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib.

 

O bu barədə fəalın aclıq aksiyasının 17-ci günündə İnstaqram səhifəsində post paylaşıb.

 

“Abbas Lisaniyə azadlıq tələb edirik. Güney Azərbaycanın tanınmış milli fəalı, may ayının 27-dən həbsxanada aclıq aksiyası keçirən Abbas Lisani Ərdəbil Məhkəməsinə əl və ayaqları qandallı şəkildə gətirilib. Abbas Lisani İranda azərbaycanlıların öz dilləri və milli hüquqları uğrunda ardıcıl mübarizə aparan bir şəxsiyyətdir. Abbas bəy məhz bu fəaliyyətinə görə son 15 ildə 7 dəfə həbs olunub, İranın müxtəlif həbsxanalarında illərlə siyasi məhbus həyatı yaşayıb. Abbas bəy sonuncu dəfə 5 ay bundan əvvəl həbs olunub. Artıq 16 gündür ki, aclıq aksiyasını davam etdirir. İran hakimiyyəti nəzərə almalıdır ki, Abbas Lisani bir cinayətkar deyil, öz xalqının hüquqlarını müdafiə edən milli fəaldır. Dünyanın hər yerində yaşayan milyonlarla azərbaycanlı Abbas Lisaninin həyatından narahatdır. Abbas Lisani dərhal azad edilməlidir.”- deyə mətndə bildirilib.

 

Qeyd edək ki, güney azərbaycanlı fəallar və insan hüquqları qurumları Abbas Lisaninin təhlükəsizlik orqanlarının gizli ssenarisi əsasında saxlandığını düşünür. Ona görə də Güney Azərbaycan əhalisi onun azadlığa buraxılmasını kəskin şəkildə tələb edir. Rejimin qanunsuz hərəkəti insan hüquqları müdafiəçiləri və azad düşüncəli bütün insanlar tərəfindən pislənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar