SON XƏBƏRLƏR

Saxlanılanların ailələri Təbriz məhkəməsinin qarşısına toplaşıb

2022.10.27, 09:13
Saxlanılanların ailələri Təbriz məhkəməsinin qarşısına toplaşıb

Gunaz.tv

Sosial media fəallarının verdiyi məlumata görə, oktyabrın 27-i səhər saatlarından başlayaraq dünən gecə Təbrizdə həbs edilən etirazçıların ailələrinin Təbriz məhkəməsi və zindanı qarşısına toplaşdıqlarını bildirirlər.

Məlumatda ailələrin yaxınları barədə məlumat ala bilmədikləri üçün onların sağlıq durumundan nigəran olduqları qeyd olunub.

Oktyabrın 26-ı gecə saatlarında da davam edən nümayişlərdə çox sayda etirazçının, özəlliklə gənclərin həbs edildiyi deyilir.

Bir sıra məlumatlarda həbs edilənlərin sayının yüzlərlə olduğu qeyd olunsa da, bunun dəqiqləşdirilməsi mümkün olmayıb.

Həbs edlənlərin çoxunluğunun yeniyetmə və gənclər olduğu bildirilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar