SON XƏBƏRLƏR

Axund Müvəhhidi Kirmani: “İran İsrailin Dimona nüvə təsisatını raketlə vursa kifayət edər”

2021.10.20, 07:36
Axund Müvəhhidi Kirmani: “İran İsrailin Dimona nüvə təsisatını raketlə vursa kifayət edər”

Gunaz.tv

GünazTV: Tehranın cümə namazının dönəm başqanı axund Müvəhhidi Kirmani iyulun 5-də namaz xütbələrindəki çıxışında Amerika və İsrailə qarşı təhdid dolu sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında İranın nüvə fəaliyyətini yenidən bərpa etməsini dəstəkləyən axund bildirib ki, İran uranın zənginləşdirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcək: “İran İslam Respublikası özünün enerjiyə olan ehtiyacını nəzərə alaraq, uranı istədiyi həddə və dərəcədə zənginləşdirəcək. Bu zənginləşdirmə atom bombası istehsalı üçün deyil. Çünki bizim atom bombasına ehtiyacımız yoxdur.

 

Biz iyulun 7-dən başlayaraq, uranı istədiyimiz qədər zənginləşdirilməyə başlayacağıq. Düşmənlərimiz isə əgər körfəzin mavi sularının qırmızı rənginə çevrilməsini istəyirlərsə bizə hücum etmək barədə fikirləşsinlər. Hesab edirik ki, əgər İran İsrail kimi bir ölkəyə hücum etsə, bu ölkənin Dimona nüvə təsisatını raketlə vurmaq kifayət edər. Belə olduqda, 200 nüvə başlığına malik olan İsrail rejimi öz ərazilərinin şoxumlanmasının şahidi olacaq” -deyə axund Müvəhhidi Kirmani əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar