Axund Xamneyi: “Mən nüvə danışıqları məsələsində səhv etdim”

14.08.2018, 10:58

GünAzTV: İranın dini lideri axund Əli Xamneyi avqustun 13-də bir qrup tərəfdarı ilə görüşərək Qərblə İran arasında əldə edilmiş nüvə sazişindən və Amerika ilə müzakirələrdən danışıb.

 

Öz çıxışında, Amerika ilə birbaşa müzakirələr aparılmasını vacib sayan hakimiyyətdaxili bəzi qüvvələrə və onların bununla bağlı tələbinə toxunan Xamneyi deyib ki, o Vaşinqtonla hər hansı bir danışıqlar aparılmasına yasaq qoyub: “Nüvə danışıqları (“Bərcam”) məsələsi kökündən yaxlnış bir addım idi. Mən nüvə danışıqları məsələsində səhv etdim. Mən, sadəcə olaraq, bəzi cənabların israrı ilə müzakirələr aparılmasına icazə verdim və dedim ki, qoy bunu da təcrübə etsinlər. Lakin cənablar, danışıqlar zamanı nəzərdə tutulmuş müəyyən çərçivəyə riayət etməyərək təyin olunan qırmızı xətti də keçdilər.

 

Hesab edirəm ki, biz Amerika ilə təhlükəli danışıqlar oyununa yalnız o zaman girə bilərik ki, hər baxımdan, o cümlədən də iqtisadi, siyasi və mədəni baxımdan güclü olaq. Elə bir gücümüz olmalıdır ki, onun təzyiq və şantajları bizə təsir edə bilməsin. Lakin hazırkı durumda hesab edirəm ki, Amerika ilə müzakirələr aparılması bizim ziyanımızadır. Bu, yolverilməzdir.

 

Məhz həmin səbəbə görədir ki, vaxtilə İmam (Xomeyni) Amerika ilə müzakirələr aparılmasına qadağa qoydu. Mən də belə edir, hazırkı vəziyyətdə Vaşinqtonla hər hansı bir danışıqlar aparılmasını qadağan edirəm. Bundan başqa, hətta əgər biz Amerika ilə müzakirələr aparılmasına qərar versəydik belə, onun indiki hökuməti ilə heç vaxt danışıqlar aparılmasına razı olmazdıq”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 30-da Ağ evdə İtaliyanın baş naziri Cüzeppe Konte ilə danışıqlardan sonra jurnalistlərə açıqlamasında İran məsələsinə toxunmuşdu.

 

 

O, jurnalistlərdən birinin ona verdiyi “Siz rəsmi Tehranla yaşanan çaxnaşmanı azaltmaq üçün İran prezidenti Həsən Ruhani ilə görüşə hazırsınızmı” sualını belə cavablandırmışdı: “Mən, heç bir ilkin şərtsiz hər kəslə, o cümlədən də İran rəsmiləri ilə istənilən vaxtda görüşməyə hazıram. Bunun üçün heç bir şərtim yoxdur. Əgər onlar (İran rəhbərləri) istəsələr bir-birimizlə görüşərik. Bu, həm onlar və bizim üçün, həm də dünya üçün yaxşıdır. Lakin güman etmirəm ki, indiki şəraitdə onlar buna hazır olsun”.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30

gun az article

İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib

2023-03-30

gun az article

"Daxildə İrana bağlı qüvvələr zərərsizləşdirilməlidir"-Baş redaktor

2023-03-30

gun az article

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

2023-03-30

gun az article

Çin Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

2023-03-30

gun az article

İranın milli valyutası yenidən ucuzlaşdı

2023-03-30

gun az article

Ceyhun Bayramov İsrailin Baş naziri ilə görüşüb

2023-03-30

gun az article

Ordumuz Laçında sərhədboyu sahələri və yüksəklikləri nəzarətə götürdü-Rəsmi

2023-03-30

gun az article

Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

2023-03-30

gun az article

İranda şəriət qaydalarına əməl etməyən onlarla iş yeri bağlanıb

2023-03-30

gun az article

"İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"-İsrail

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28