SON XƏBƏRLƏR

Bayden: “NATO ilə Rusiya arasında birbaşa qarşıdurma 3-cü Dünya müharibəsinə gətirib çıxaracaq”

2022.03.12, 06:01
Bayden: “NATO ilə Rusiya arasında birbaşa qarşıdurma 3-cü Dünya müharibəsinə gətirib çıxaracaq”

Gunaz.tv

Amerika lideri vurğulayıb ki, NATO ilə Rusiya arasında birbaşa qarşıdurma Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq:

“Ancaq biz Avropadakı müttəfiqlərlə çiyin-çiyinə dayanmağa davam edəcəyik və aydın mesaj göndərəcəyik: biz NATO ərazisinin hər qarışını tam gücümüzlə - birləşərək və yeni NATO enerjisi nümayiş etdirərək müdafiə edəcəyik”.

Bu arada Amerikanın Rusiyanın yüksək rütbəli məmurlarına qarşı sanksiyaları davam edir.

ABŞ hökuməti Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və iki övladına qarşı sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin press-relizində bildirilib.

1647063043_77039a342d7819144d65f6a2222e496b.jpg

D.Peskovun özü də martın əvvəlində ABŞ-ın sanksiyalar siyahısına daxil edilib.

Peskovun həyat yoldaşı - fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Tatyana Navka, oğlu Nikolay və qızı Lizaya qarşı sanksiyalar bu gündən qüvvəyə minib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar