SON XƏBƏRLƏR

Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəklədi

2022.05.14, 08:49
Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü dəstəklədi

Gunaz.tv

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, Bayden İsveçin baş naziri Maqdalena Andersson və Finlandiya prezidenti Sauli Niinistyo ilə telefon danışığı aparıb. “ABŞ prezidenti Co Bayden NATO-nun açıq qapı siyasətini və Finlandiya və İsveçin öz təhlükəsizlik qərarlarını vermək hüququnu dəstəkləyir”, – Ağ Evdən bildiriblər.

Liderlər həmçinin ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı, o cümlədən transatlantik təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş səyləri müzakirə ediblər. 

Niinistyo Baydenlə danışdıqdan sonra “Tvitter” hesabında yazıb ki, ABŞ prezidentinə Helsinkinin alyansa qoşulmaq istiqamətində atacağı növbəti addımlar barədə məlumat verib. (azpost.info)

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar