SON XƏBƏRLƏR

Bayden Putini "hərbi cinayətkar" adlandırdı

2022.03.17, 05:33
Bayden Putini "hərbi cinayətkar" adlandırdı

Gunaz.tv

Bayden bu suala cavab verməyib və otağı tərk edib. Lakin geri qayıdandan sonra müxbir sualı təkrar soruşub.

Bundan sonra Bayden cavabında bildirib ki,o, hərbi cinayətkardır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin ritorikasını bağışlanmaz adlandırıb.

“Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”,- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıb.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan başqa, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir. (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar