SON XƏBƏRLƏR

Bayden və Makron İranın nüvə silahına yiyələnməsinin qarşısının alınması barədə razılığa gəliblər

2021.10.30, 10:51
Bayden və Makron İranın nüvə silahına yiyələnməsinin qarşısının alınması barədə razılığa gəliblər

Gunaz.tv

İtaliyanın paytaxtı Romada keçirilən G20 sammiti ərəfəsində görüşən Amerika və Fransa prezidentləri İranın nüvə silahına yiyələnməsinin qarşısının alınmasının zəruri olmasına bir daha təkid ediblər.


Yayılan məlumata görə, görüşdə həmçinin hər iki ölkənin liderləri  İranın heç vaxt nüvə silahı istehsal etməyə qadir olmayacağından və ya onu inkişaf etdirə bilməyəcəyindən əmin olmalarının vacibliyi barədə eyni mövqedən çıxış edərək razılıq əldə ediblər.


Hər iki prezidentin mövzu ilə bağlı danışıqlarının detalları mediaya açıqlanmayıb.


Xatırladaq ki, ABŞ prezidenti Co Bayden oktyabrın 28-də İtaliyada və Şotlandiyanın paytaxtı Qlazqoda keçiriləcək iki beynəlxalq sammitə qatılmaq üçün Avropaya səfər edib.


Səfər əsnasında Baydenin Avropa rəhbərləri, o cümlədən də Fransa, Britaniya və Almaniya liderləri ilə keçirəcəyi görüşlərdə dünyanı bürümüş koronavirus pandemiyası, iqlim dəyişikliyinin dağıdıcı fəsadları, iqtisadi inkişafın gücləndiriləməsi və İranın təhlükəli mərhələyə çatmış nüvə proqramı barədə müzakirələr aparacağı bildirilir. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar