Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19 16:17

20 aprel tarixi istiqlalçı millət vəkilləri - dilçi, türkoloq, tənqidçi, siyasətçi Aydın Məmmədov və ədəbiyyatşünas, tərcüməçi Dilarə Əliyevanın vəfatının ildönümüdür.

Gunaz.tv Quote | Gunaz article

1991-ci il aprelin 19-da Ali Sovetin deputatları olan Aydın Məmmədov və Dilarə Əliyeva seçicilərlə görüşdən qayıdarkən Qax rayonu ərazisində müəmmalı avtomobil qəzasında həlak olublar. Hər iki deputat parlamentdə "Demokratik Azərbaycan" blokunun aktiv üzvləri idilər.


Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olub. Orta məktəbdə müəllim işlәyәn daha A.Məmmədov elmi işçi, ictimai xadim vә siyasətçi olub. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi yollarla isbat edәn Aydın Mәmmәdov "Sovetskaya turkologiya" jurnalının redaktor müavini vә Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün bir sıra işlər görüb.

 

Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında dayanıb.

Millət vəkili seçilәn A.Məmmədov milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkat yolunda ciddi işlәr görüb.

Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri olub.

Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini postunu tutub.

 

O, Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdi.
Öz doğma Kiş kəndində dəfn olunub.


Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.

 

Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil alıb. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilib. Burada "Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası" mövzusunda namizədlik dissertasiyasını işləyib, 1954-cü ildə müdafiə edib.

 

Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olub, eyni zamanda bölmə müdiri kimi çalışıb. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

 

1988-ci ildə Ermənistanın Qarabağ torpaqlarına iddiası ilə əlaqədar başlayan Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı olub, AXC İdarə Heyətinin üzvü seçilib.

Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qurucularından və rəhbərlərindən biri olub.


Bakıda Fəxri Xiyabanda dəfn edilib. (modern.az)

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Müxalifət Ermənistan hakimiyyətini istefaya səslədi

2021-05-16

gun az article

Rusiya MN-dən sülhməramlılarla bağlı yeni AÇIQLAMA

2021-05-16

gun az article

Azərbaycanda son sutkada 1 122 nəfər COVID-19-dan sağalıb, 472 nəfər yoluxub

2021-05-16

gun az article

Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” başladı

2021-05-16

gun az article

Son 15 ildə Azərbaycanda insan alveri ilə bağlı 4 248 cinayət faktı qeydə alınıb

2021-05-16

gun az article

Roma Papası Qəzza ilə bağlı çağırış edib

2021-05-16

gun az article

İranda koronavirusdan daha 303 nəfər ölüb, 11 291 nəfər virusa yoluxub- RƏSMİ STATİSTİKA

2021-05-16

gun az article

Dünya Bankı: Azərbaycanda pandemiyanın səngiməsi iqtisadi bərpanı dəstəkləyəcək

2021-05-16

gun az article

Şəhid zabitin dəfnindən FOTOLAR

2021-05-16

gun az article

Azərbaycan Ordusu Naxçıvanda təlimlərə başlayır

2021-05-16

gun az article

Baş konsul: “Ermənistan adi məsələdən yersiz təşviş yaradır”

2021-05-16

gun az article

Ordumuz hərəkətə keçdi - Terrorçuların zərərsizləşdirilməsi tapşırıqları icra ediləcək

2021-05-16

gun az article

Almaniyada sinaqoq və yəhudi abidələrinə hücum olub

2021-05-16

gun az article

İranla sərhəddə atışmada şəhid olan zabit Tovuzda dəfn ediləcək

2021-05-16

gun az article

Sahibə Qafarova İtaliyaya səfərə gedir

2021-05-16

gun az article

Leyla Abdullayeva: “Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialar tamamilə əsassızdır”

2021-05-16

gun az article

“HƏMAS”ın silah saxladığı 11 mərtəbəli bina dağıdıldı

2021-05-15

gun az article

İranla sərhəddə atışma, iki hərbçimiz şəhid oldu

2021-05-15

gun az article

Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub

2021-05-15

gun az article

Udi xalqının çox böyük tarixi mirası var - İlham Əliyev

2021-05-15