SON XƏBƏRLƏR

Ayətüllah Dəstqeyb: ağaların müqəllidlərinə çəkilən soyuq və isti silahın nəticəsi, islamdan dönmək və tək qalmaqdır

2021.10.20, 07:36
Ayətüllah Dəstqeyb: ağaların müqəllidlərinə çəkilən soyuq və isti silahın nəticəsi, islamdan dönmək və tək qalmaqdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Üləmalar məclisinin üzvü Ayətüllah Seyid Əli Məhəmməd Dəstqeyb, Haşimi Rəfsəncaninin mövqeyninin müdafiəsində qeydlər edib. İslahatçı kimi tanınan düşərgəyə öz mövqeyni ilə yaxun olan Ayətüllah Dəstqeyb prezident seçkilərində cənab M.Musəvini dəstəkləyib. Ayətüllah seçki nəticələrinə etiraz edənlərə edilən zorakılığıda məhkum edərək “bu sistemi saxlamağın yolu deyil” dəyə vurqulayıb. Kecən cümə namazında Haşimi Rəfsəncani tərəfindən qeyd olunan çıxışa münasibətdə, Dəstqeyb Haşimi tərəfindən irəli sürülən təklifləri o cümlədən tərəfsiz KİV, məhbusların azad olunması, zərər çəkəkmiş ailələrin könlünün alınması, söz azadlığına imkan yaradan azad mühüt və… kimi təklifləri yüksək qiymətləndirib. Dəstqeyb söhbətinin dəvamında artırıb ki ağaların müqəllidlərinə çəkilən soyuq və isti silahın nəticəsi, islamdan dönmək və tək qalmaqdır. Bu şəkildə nizam saxlamaq olmaz. Bu davranişlar milləti islamdan və nizamdan uzaqlaşdırır.GÜNAZ.TV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar