SON XƏBƏRLƏR

Ayətüllah Müntəziri: nədən elə iş görürlər ki onların məhkəməsini İstalin, səddam və başqa diktatorlarla müqayisə etsinlər?!!!

2021.10.20, 07:36
Ayətüllah Müntəziri: nədən elə iş görürlər ki onların məhkəməsini İstalin, səddam və başqa diktatorlarla müqayisə etsinlər?!!!

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Şiələrin təqlid mərcəsi olan Ayətüllah Hüseynəli Müntəziri zindanlarda alınan “etiraf”ları və sözdə məhkəmələri çox sərt tənqid edib. Ayətüllah Müntəziri yalan bəhanələrlə və namərdcəsinə inqilaba xidmət etmiş insanları sistemi saxlamaq bəhanəsi ilə əzməyi kəbirə günah hesab edib. O vurqulayıb ki Bu vəziyətə səbəb olanlar, onun bədəlini ödəyəcəklər . Ayətüllah Müntəziri soruşub ki: “nədən elə iş görürlər ki insanlar onların məhkəməsini İstalin, Səddam və başqa diktatorlarla müqayisə etsinlər?!!!” Ayətüllah Müntəziri sözlərinin dəvamında bu vəziyəti sistemin zəyiflənməsi ilə nəticələnəcəyini qeyd edib. Xatırladaq ki Ayətüllah bundan öncədə cismi və ruhi şikəncələrlə alınan etiraflari qınayıb və bu əməli həm şəri və həmdə qanuni cəhətdən günah və cinayət adlandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar