SON XƏBƏRLƏR

Tailand polisi İran casuslarının izlənilməsi barədə göstəriş verib

2022.06.06, 08:41
Tailand polisi İran casuslarının izlənilməsi barədə göstəriş verib

Gunaz.tv

Tailandın bu addımı İsrail dövlətinin İranın bu ölkə vətəndaşlarına qarŞı dünyanın müxtəlif yerlərində sui-qəsd həyata keçirə biləcəyi barədə xəbərdarlığından sonra baş verib. 

Taİlandın "Bankok Post" qəzeti iyunun 6-ı səhər saatlarında yaydığı məlumatda polisin gizli sərəncam verdiyini yazıb.

Məlumata görə, İran casuslarının fəaliyyətinin artmasından narahat olan krallıq polisi İrana bağlı şəxslərin ölkə boyu ciddi nəzarətə alınması barədə göstəriş verib.

Polisə yaxın etibarlı qaynaqların verdiyi məlumata görə, Tailand hökuməti bu ölkədə yaşayan iranlıları və müsəlman Tayland vətəndaşlarının hərəkətlərini izləməyə başlayıb.

Qeyd edək ki, bundan öncə İndoneziyada Qasım Sabiri Gilçalan adlı İran casusu həbs edilib və o Maleziya və İndoneziyada İranın xeyrinə casusluq etdiyini etiraf edib.

Gilçalan etiraflarında ticarət şirkəti adı altında çalışdığını, adı çəkilən iki ölkə ilə yanaşı Taylandda yaşayan müsəlmanlarla əlaqəyə girdiyini boyununa alıb.

Cavidan   

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar