SON XƏBƏRLƏR

Paytaxt Ağdama köçürülsün- Deputatdan təklif

2021.10.25, 10:10
Paytaxt Ağdama köçürülsün- Deputatdan təklif

Gunaz.tv

Bundan başqa, ölkənin nəqliyyat vasitələrinin 72 faizinin sırf Bakı şəhərində idarə edilməsi yollarda tıxacların yaranmasını da qaçılmaz edir. Bununla yanaşı paytaxtda mövsümi problemlər də artıq gündəmdədir. Bütün bunlar isə paytaxtın köçürülməsi məsələsini bir daha aktual edir.

photo_147891.jpg?v=MjAyMS0xMC0yNSAxMDoxMTo0MA==

Mövzu ilə bağlı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, paytaxtın köçürülməsi təklifi müxtəlif dövrlərdə bir çox ictimai siyasi xadimlər tərəfindən gündəmə gətirilib:

"Bununla bağlı çox təkliflər olub və  müzakirələr aparılıb. Lakin hər kəs bilir ki, paytaxtın köçürülməsi böyük xərc tələb edən bir məsələdir. Bunun üçün mən belə bir təklif irəli sürürəm ki, paytaxt Ağdama köçürülsün. 

Ağdam şəhəri müasir üslübda yenidən salınır. "Yaşıl şəhər" kimi Ağdam bütün müasir tələblərə cavab verəcək. 

Hesab edirəm ki, Ağdamda 150-200 min nəfərlik paytaxt şəhəri salmaq olar. Ağdam şəhəri işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılıb. Demək olar ki, bu şəhəri biz yenidən tikəcəyik. Düşünürəm ki, az xərclə bu işi həyata keçirmək olar”.

Deputat hesab edir ki, Abşeron yarımadası həm iqliminə, həm təhlükəsizlik məsələlərinə görə paytaxt üçün uyğun deyil.

“Bakı həddindən artıq yüklənib. Şəhərdə artıq hərəkət etmək mümkün deyil. Ola bilsin ki, bir sıra dövlət qurumları Bakıda saxlanıla bilər. Milli Məclis, Prezident Adminstrasiyasının binaları Ağdama köçürülə bilər. 

Bu, həm Qarabağda məskunlaşma, həm də təhülkəsizlik baxımından çox əlverişlidir. Ağdamın iqlimi çox mülayimdir. 

Bu həm də Bakının yükünü xeyli azaldacaq. Paytaxt köçürülərsə, hamı Bakıya axın etməz. Qazaxıstan bu təcrübədən istifadə etdi və paytaxt Almatıdan Nursultana köçürüldü. Məncə biz də bunu edə bilərik”, - deyə Qüdrət Həsənquliyev bildirib. (redaktor.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar