SON XƏBƏRLƏR

"İslahatçılarla və mühafizəkarları bir yerdə asacaqlar"-Mazəndəran valisi

2022.10.24, 04:37
"İslahatçılarla və mühafizəkarları bir yerdə asacaqlar"-Mazəndəran valisi

Gunaz.tv

İranda bir aydan çoxdur başlayan kütləvi etiraz aksiyaları rejim nümayəndələrinin hakim siyasi qanadlar arasında birləşmək təkliflərinin çoxalmasına səbəb olub.

Baş verənlərdən təşviş keçirən Mazəndəran əyalətinin valisi Mahmud Hüseynipur islahatçı və mühafizəkar qanad mənsublarına xəbərdarlıq edib.

O, talelərinin bir-birlərinə bağlı olduğunu deyib.

"Mühafizəkarlar və islahatçılar qulaqlarını açıb yaxşı dinləsinlər. Əgər kimsə düşünür ki, İranda bir hadisə baş verəcəyi təqdirdə ona toxunmayacaqlar, yanılır.

Dəyişiklik olacağı təqdirdə birinci onlar dar ağaclarından asılacaqlar"- deyə, Mazəndəran valisi bildirib.

Timur  

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar