Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23 12:16

Bu gün Azərbaycanın Ağdam şəhərinin tarixinə yazılmış günlərdən biridir. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əhalisi separatçı hərəkata başlanmışdı. Qarabağda yaşayan dinc azərbaycanlı kəndləri hücuma məruz qalır, soydaşlarımız dogma yurdundan zorla didərgin salınırdı. 

Gunaz.tv Quote | Gunaz article

Azğınlaşmış erməni quldurlarının bədnam əməllərinə qarşı Azərbaycanın hər yerində etiraz hərəkatı başlanmışdı. Hərəkatın mərkəzlərindən biri də Ağdam idi. Ağdam iqtisadi cəhətdən Azərbaycanın ən zəngin bölgələrindən biri idi. 

27 il həsrət çəkən məşhurların Ağdam xəyalı: “Götürməyi unutdum, hələ də  özümə bağışlamıram...”

Ermənilər maddi və mənəvi zənginliyinə görə seçilən bu bölgənin əhalisindən çəkinirdi. Ona görə də rus Sovet ordusundan aldıqları silahlarla daha çox Ağdama saldırır, bu yaraşıqlı şəhəri xaraba qoymaq istəyirdilər. Ağdam 1998-ci ilin fevralından başlanan münaqişədə ən çox zərər görən bölgə idi.

1993-cü ilin iyulun 23-ə qədər ermənilər Ağdama müxtəlif çaplı silahlarda atəş açmış, raket zərbələri endirmişdilər. “Qrad” qruğularından atılan raketlər artıq ağdamlılar üçün adi hala çevrilmişdi. Bölgədə kifayət qədər özünümüdafiə hissələri vardı. 

Bir sözlə Ağdamı qorumaq olardı. Lakin o dövrdə paytaxt Bakıda baş verən siyasi qarşıdurmalar, hakimiyyət uğrunda çəkişmələr, Ağdamda hərbi qüvvələr arasında intizamsızlıq rayonun müdafiəsini zəiflətdi. Bundan istifadə edən Ermənistan ordusu 1993-cü ilin 23 iyulunda Ağdam şəhərini işğal etdi.

Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü düz 27 il işğal altında qaldı. 

Erməni işğalı nəticəsində Ağdama 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi.
Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdıldı.
Qeyd edək ki, Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilmişdi.

Ağdam əhalisinin yarıdan çox düz 27 il köçkünlük həyatı yaşadı. Ermənilər birinci Qarabağ müharibəsində daha çox zərbəni Ağdamdan aldıqlarından bu bölgədən qisas aldılar. 27 ildə Ağdamda demək olar ki, bütün evlər və binalar, məscidlər, mədəniyyət ocaqları dağıdılmışdı. Erməni ordusu ən çox Ağdam ərazisinə mina döşəmişdi. 

İdmançılara, müğənnilərə, jurnalistlərə, həkimlərə, bütün Azərbaycanlılara  AĞDAM MÜRACİƏTİ - Modern.Az Azərbaycan və dünya xəbərləri

Onlar bilirdi ki, igid Azərbaycan oğulları bir gün dogma yurda dönəcək. 2020-ci ilin 27 sentyabrında o an gəldi.

Düşmənin cəbhəboyu təxribatlarına cavab olaraq Azərbaycan ordusu geniş hərbi əməliyyatlara başladı. Düşmən Azərbaycan ordusunu Ağdamda gözləyirdi. Lakin ordumuz “hilal taktikası”nı seçərək Murovdağ istiqamətindən və Araz boyu bölgədən hücuma keçərək qısa müddətdə düşmən ordusunun əsas hissələrini darmadağın etdi. 44 günlü Vətən savaşında Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və Şuşa düşməndən azad edildi. 

Döyüş meydanında ordusu darmadağın olmuş Ermənistan rəhbərliyi 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq bu gün Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı.

İlham Əliyev Ağdamda ictimaiyyətlə görüşdü - Modern.Az Azərbaycan və dünya  xəbərləri

Bu gün Ağdan yenidən qurulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də bölgəyə səfəri zamanı şəhərin yenidən qurulan Ağdamda ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Mərasimdə qeyd olunub ki, yeni Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqları üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək.
Dövlət başçısı Ağdamın müzəffər Azərbaycan ordusunun “Dəmir yumruq” əməliyyatının məntiqi nəticəsi olaraq azad edildiyini bildirib:

Azərbaycan Prezidenti Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməlini  qoyub - YENİLƏNİB
“Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq.

Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər”.

Ağdam yenidən qurulur — Fotolar

İlham Əliyev bildirib ki, Ağdam şəhəri qısa müddət ərzində yenidən qurulcaq: 


““Bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək. Bu Baş Plan mənə təqdim edilib.

Biz bir müddət bu plan üzərində işləyirdik və istərdim ki, Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olsunlar, öz fikirlərini bildirsinlər və sizin iştirakınızla biz bu gün bu gözəl mərasimi keçirək. Ağdam şəhərinin bərpasının başlanğıcı bu gün baş verir, Respublika Günündə.

Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq. 

Bərdə-Ağdam dəmir yolu xətti yenidən qurulur

Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir.


Əminəm ki, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz sizinlə bundan sonra Ağdam şəhərində, Ağdam rayonunda çox görüşəcəyik”. 


Bu gün şəhid şəhərdəki məzarı dağıdılmış Xan qızı Xurşudbanu Natəvanın, Ağdam uğrunda şəhid olmuş Milli qəhrəmanlar Allahverdi Bağırovun, Asif Məhərrəmovun, Canpolad Rzayevin və digər şəhidlərimizin, böyük alim Xudu Məmmədovun, yanıqlı səsi ilə dogma yurduna ağı deyən Qədirin ruhu şaddır. Bu gün Ağdam azaddır. Artıq işğalından azad olunmuş şəhərdə nəhəng tikinti-quruculuq işləri başlanıb.


Yəqin qısa müddətdə bir zamanlar Qarabağın toy otağı adlanan Ağdam  şəhəri əvvəlki görkəminə qayıdacaq və Qafqazın ən gözəl şəhərlərindən birinə-AĞ şəhərə çevriləcək. 

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18