SON XƏBƏRLƏR

Azadi stadionunda xəsarət alan “Traxtur” tərəfdarı xəstəxanalıq olub

2021.10.20, 07:36
Azadi stadionunda xəsarət alan “Traxtur” tərəfdarı xəstəxanalıq olub

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, yanvarın 26-da Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüş zamanı xoş gəlməz hadisələr baş verib.


“Perspolis”in irqçi tərəfdarları “Traxtur” azarkeşləri və Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub, Azərbaycan komandasının tərəfdarlarını daşa tutublar.


Rejimin dəstəklədiyi komandanın tərəfdarlarının irqçi hərəkətləri İran mətbuatı və xaricdə fəaliyyət göstərən farsdilli kütləvi informasiya vasitələri tərəfindən senzura edildi.


“Təbrizvan” İnstaqram səhifəsində yayılan məlumata görə, Ehsan Fatemi Kiya adlı “Traxtur” tərəfdarı Azadi stadionunda baş verən hadisələr zamanı bədən xəsarəti alıb. O bazar günündən Tehran xəstəxanarının birində müalicə edilir.

 

“Traxtur” tərəfdarı “Perspolis” azarkeşlərinin atdığı daşa tuş gəlib.


Ehsan Fatemi Kiyanın vəziyyəti barədə dəqiq məlumat yoxdur.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar