SON XƏBƏRLƏR

Azadlıq kanalı Abbas Lisani haqda çıxarılan məhkəmə hökmünü “qəribə hadisə” kimi qiymətləndirib

2021.10.20, 07:36
Azadlıq kanalı Abbas Lisani haqda çıxarılan məhkəmə hökmünü “qəribə hadisə” kimi qiymətləndirib

Gunaz.tv

GünAz TV: Azadlıq kanalı (azadi kanalı) tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani haqda Ərdəbil İnqilab Məhkəməsinin çıxardığı həbs və sürgün qərarı, sonra isə həmin qərarın Apellyasiya Məhkəməsində daha da ağırlaşdırıldığını “qərbi hadisə” adlandırıb.

 

Azərbaycanlı fəalla bağlı xəbərdə qeyd olunub ki, Abbas Lisani iddianamədə irəli sürülən ittihamlardan bəraət qazandığı halda başqa bir ittihamla üzləşərək Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və 2 il Yəzd şəhərində sürgün edilmə qərarı ilə üzləşmişdir. Bu qəribə hadisə Ərdəbil Apellyasiya Məhkəməsində bir daha təkrar olundu, fəal barəsində çıxarılan 8 illik həbs qərarı 15 ilədək artırıldı.

 

https://www.youtube.com/watch?time_continue=30&v=4mnYdUS0C64

 

Bu barədə insan hüquqları müdafiəçisi olduqlarını iddia edən farsdilli kütləvi informasiya vasitələri, hətta BBC-farsi Abbas Lisani haqda çıxarılan qanunsuz və ədalətsiz qərarla bağlı heç bir məlumat yaymayıb.

 

Xəbər verdiyimiz kimi, Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi Abbas Lisaninin 8 illik həbs cəzasını 15 ilədək artırıb. Hökm oktyabrın 1-də Abbas Lisani və onun vəkilinə açıqlanıb. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.

 

Tanınmış fəal Şərqi Azərbaycan Apellyasiya Məhkəməsində də 1 il həbs cəzasına məhkum edilib. Bununla da fəal toplam olaraq 16 il həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.

 

Hökm Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi, Ərdəbilin keçmiş prokuroru Nasir Ətəbati tərəfindən çıxarılıb.

 

Bu barədə ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Abbas Lisaninin həbs cəzası Apellasiya Məhkəməsində iki dəfə artırıldı – 16 il

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik orqanları tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar