Azadlıq radiosunun farsca bölümü (Radio Fərda) hər həftə İran zindanlarında dustaq həyatı yaşayan bir siyasi məhbus haqqında bilgi verir. Radionun bu həftəki proqramında güneyli siyasi dustaq Rza Vasiqi haqqında danışılıb.
Gunaz.tv
Rza Vasiqqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bəndində 2 illik həbs cəzalarını çəkir.
Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıblar.
Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüblər. Milli fəallar gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham olunaraq mühakimə olunub və iki il həbsə məhkum olublar.
C.E